Sərkisyanların yeri dəyişəndə nəticə dəyişmir
Ermənistan özünə ikinci Sərkisyanı yeni prezident seçdi. Bununla belə, Sərkisyanların yerini dəyişəndə nəticə dəyişmir. Baxmayaraq ki, yeni Sərkisyan həm Rusiyada, həm Avropada geniş əlaqələri olan biznesmen, diplomat və keçmiş elm adamıdır. İkinci Sərkisyanı hakimiyyətə gətirən nə oldu?
6 Mart 2018 14:58 DünyaErmənistan özünə ikinci Sərkisyanı yeni prezident seçdi. Bununla belə, Sərkisyanların yerini dəyişəndə nəticə dəyişmir. Baxmayaraq ki, yeni Sərkisyan həm Rusiyada, həm Avropada geniş əlaqələri olan biznesmen, diplomat və keçmiş elm adamıdır. İkinci Sərkisyanı hakimiyyətə gətirən nə oldu? Artıq mənfur xalqın geninə hopmuş və yaşamaq uğrunda mübarizədə əsas prinsipinə çevrilmiş şəraitə uyğun düşünmə qabiliyyəti və hiyləgərlik. Görəndə ki, barbar təfəkkürlü və nimdaş görkəmli Serj Sərkisyan ölkənin imicinə xələl gətirir, ölkə hər sahədə uduza-uduza gedir, kor tutduğundan yapışan kimi o və komandası Qarabağ kartından yapışıb ermənilərin gözünə kül üfürməklə məşğul olurlar, dərhal səlahiyyətləri cüzi olan, amma ölkəni beynəlxalq aləmdə ondan daha yaxsi təmsil edə bilən Armen Sərkisyanı prezident seçdilər. Onun geniş əlaqələri, elmi dərəcəsi var, xarici dildə danışır, beynəlxalq diplomatik protokol və nəzakət qaydalarını bilir və s. Yerevan Universitetinin filologiya fakultəsini 8 ilə güc bəla ilə bitirmiş, çilingər, Qarabağda vuruşan quldurbaşı Serjdən fərqli olaraq Armen Yerevanda şəhər mühitində böyümüş, akademik fəaliyyəti olan adamdır. Onlar özlərinə görüntü üçün belə prezident seçməklə sivil dövlət imicini qazanmaq, rusiyapərəst Serj Sərkisyana balans yaradan Avropa təfəkkürlü prezidenti olan demokratiyaya meylli dövlət imici formalaşdırmaq qərarına gəldilər. Baxmayaraq ki, yeni prezident etiraf edib ki, o, sovet dövrünün yetirməsidir və sovet adamıdır. Gələk bizlərə. Ermənistanın bu taktikasının qarşısında biz nə etməliyik?! İsrailin hərbi doktrinası da əsas prinsip budur: İsrail dövlətinin hərbi gücü ən pis halda ərəb ölkələrinin birlikdə götürülmüş gücünə bərabər olmalı, ən yaxşı halda onları üstələməlidir. Azərbaycanın taktikası da minimum düşmən ölkənin taktikası səviyyəsində olmalı, idelada isə onu qat-qat üstələməlidir. Əgər qələbə istəyiriksə yolun yarısında dayanmaq olmaz. İlham Əliyev - Heydər Əliyevin 56 yaşlı oğlu, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu, İngiltərə tarixinə dair dissertasiya yazmış, SSRİ Xarici İşlər Nazirliyində diplomat kimi çalışmış, eyni zamanda bitirdiyi ali məktəbdə müəllim işləmiş, sonralar bizneslə məşğul olmuş siyasi xadim, yəni çoxşaxəli təcrübəli diplomatik, akademik, biznes təcrübəsi olan şəxsiyyət bu gün Azərbaycan Respublikasının prezidentidir. Müqayisə üçün deyək ki, biz erməniləri 1993-cü ildən bəri - Ümummili Liderimizin hakimiyyətə gəlməsindən bu tərəfə olan dövrdə üstələmişik. 25 ildir ki, irəlidəyik. Həmin dövrdən bəri Ermənistanın 4 prezidenti olub - Ter Petrosyan, Koçaryan və Sarkisyanlar. Lakin bu prezidentlər Miatsumun nəticəsindən doğan status kvonu birtəhər saxlasalar da, onlar Ermənistan və Spryük - diaspora erməniləri arasında təfriqəni aradan qaldıra bilmədilər. Əksinə, daha da dərinləşdirdilər. Xüsusilə, diaspora Rusiyanın təyin etdiyi prezidentləri qəbul etmir. Ter Petrosyanı isə Ermənistanda qəbul etmirdilər, çünki o, diaspora - Livandan gəlmə erməni idi. Koçaryanı və Serj Sərkisyanı da nə Ermənistan əhalisi, nə diaspora qəbul etmirdilər. Daha doğrusu yad ünsür kimi qəbul edirdilər. Çunki Qarabağ ermənisi idilər və hətta Koçaryan erməni yox, alban əsilli olduğunu demişdi. Diaspora onları plebey kimi qəbul ediblər. Nəhayət, Azərbaycanın nəinki musiqisini, dilindəki sözləri, mətbəxini, eləcə də hər nə qədər etiraf etməsələr də siyasi mədəniyyətini və taktikasını mənimsəyən, bir sözlə Azərbaycanın nimdaş ayaqqabılarını geyinib yerişini yeriməyə çalışan ermənilər öz hazırkı vəziyyətlərini Azərbaycanla müqayisə edərək və geeidə qaldıqlarını görərək yığışıb tədbir töküb belə qərara gəlmişlər ki, Ermənistanı dünyada biabırçılıqdan qurtarmaq üçün formal da olsa Avropada əlaqələri olan bir prezidentə ehtiyacı var. Bu rola isə artıq taxtına köhnə prezident Serj Sərkisyanın kölgəsi düşən Armen Sərkisyanı məqsədəuyğun bilmişlər. Axı Avropa Birliyi ilə Assosiasiya sazişi imzaladıqdan sonra "qoca qitə"nin də rəyini nəzərə almaq lazım idi. Bu rola isə Armen Sarkisyan məqsədəuyğun bilindi. Azərbaycanın hazırkı prezidentinin yenidən seçilərək qarşıdakı 7 ildə regionun lider dövlətinə başçılıq etmək şansının yüksək olduğunu düşünən ermənilər çoxdan bizə ayaq uydurmağa çalışırlar. Azərbaycanın Britaniya ilə "Əsrin müqaviləsi" çərçivəsində enerji əməkdaşlığından irəli gələn ölkəmizə siyasi dəstəyinin artdığını, İngiltərədə dövlət içində dövlət olan BP-nin siyasi məsələlərdə də Azərbaycanın lobbiçiliyini yürütdüyünü görərək ermənilər Amulsar qızıl mədənlərində Britaniya kral ailəsinə də pay ayırmağa tələsdilər. Azəri, Çıraq, Günəşlidəki "qara qızıl"a Amulsardakı sarı qızılla cavab verməyə çalışaraq, Azərbaycanla bəhsə girərək Xəzər kürüsünə alternativ olmasa da, Göyçə gölü yaxınlığında və işğal olunmuş ərazilərimizdə Matagis vətəgələri yaradıb qara kürü istehsalına çalışdılar. Hətta bunun üçün isveçrəli saatsaz milyarder Sermakeşi də bu işə sərmayə yatırmağa təşviq etdilər. Lakin nəyə əl atdılarsa, atsınlar Azərbaycan öndədir. Biz Bakı-Qars sürət qatarına minib Çindən vurub Londondan çıxacağımız halda, onlar Rusiyaya belə çata bilmirlər, Gürcüstsnla sərhəddə Yuxarı Lars yolunda ilişib qalıblar. Naxçıvanın blokadasına, Qarabağın işğalına qarşılıq olaraq Ermənistan özlərinin dediyi kimi minillik yolların üstündə oturub həsədlə ətrafa boylanan kor bayquş kimi Bakı-Tbilisi-Qars qatarının dalınca baxmağa məcbur olublar. Çünki İlham Əliyev qətiyyətlə Ermənistanı Qədim İpək Yolunun dəmir magistrallar üzərindəki bərpası- Bakı-Qarsdan çox çox uzaqlara atıb. Təzad ondadır ki, Ermənistan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi bağlayıb, amma Avrasiyanın ən mühüm layihəsindən kənarda qalıb. Avropanin qapısını döyəndə Avropa Birliyi ona münaqişələrin ancaq ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü göstərən Bəyanatı onun üzünə çırpıb. Bunu Azərbaycan diplomatiyası bir liderin-dünyanın superdövlətinin nüfuzlu diplomatiya məktəbinin yetirməsi olan İlham Əliyevin sayəsində bacarıb. Milyardlarla dollar vəsaitə malik olan, nüfuzlu siyasi dairələrdə - Ağ Ev, Kapitoli, Yelisey sarayı, Kreml, bir sözlə, Şərqdə, Qərbdə, hər yerdə geniş əlaqələri olan erməni lobbisini və onlarla yaxın əlaqələri olan güc mərkəzlərini qarşısına alaraq bunu bacarıb. Dünya siyasətinin ən mürəkkəb istiqaməti enerji əməkdaşlığıdır. Dünyadakı bütün münaqişələrdə bunun təsirini görürük. Azərbaycan isə taleyin hökmü ilə müasir dünyada ən həssas xüsusiyyətləri özündə birləşdirir - enerji ölkəsi, müsəlman ölkəsi, kommunist formasiyasından çıxan ölkə, münaqişə tərəfi olan ölkə, türk və şiə mədəniyyətinin olduğu ölkə və s. Şimalı Rusiya, cənubu İran, bir tərəfi Mərkəzi Asiya çölləri olan, ərazisindən beynəlxalq magistrallar keçən ölkə. Sanki ətrafına bakir çəlləyi düzülüb və bir fitil kifayətdir ki, bu çəlləklər alovlana və bizə sıçraya. Sanki ölkə təlatümlü bir dənizdə yırğalanan gəmidir. Bir qisim sərnişin isə başqa bir sahilə qaçıb gəmidəkilərə deyir ki, nə durmusunuz, od vurun bu gəmiyə. Ya batarsınız, ya xilas olarsınız. Bizim olduğumuz "Avropa" gəmisindən sizə xilasedici jilet atacaqlar. Amma çalışın o vaxta kimi batmayın, salamat qalın. Ağıllı sərnisinlər nə etməlidir?! Gəmiyə od vurmalı, yoxsa təxribatçılara uymayıb kapitana dəstək olmalıdır?! Halbuki o təxribatçılar özləri siçovul kimi gəmini tərk edib qaçmışlar. Təlatümlü dənizdə, hazırkı mürəkkəb dünya siyasətində yırğalanan gəminin kapitanını dəyişməzlər.
Nəzakət Məmmədova
Beynəlxalq məsələlər üzrə ekspert