Qurbanov köməkçisini Türkiyəyə göndərdi - Budaka görə
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov köməkçisi Elçin Rəhmanovu Türkiyəyə göndərib. Gənc mütəxəssis yığmamızın üzvü Ufuk Budakın oyununu izləmək üçün qardaş ölkəyə yollanıb.
6 Mart 2018 16:10 İdmanMilli komandamızın baş məşqçisi Qurban Qurbanov köməkçisi Elçin Rəhmanovu Türkiyəyə göndərib. Gənc mütəxəssis yığmamızın üzvü Ufuk Budakın oyununu izləmək üçün qardaş ölkəyə yollanıb. Rəhmanov Türkiyə birinci liqasının 26-cı turu çərçivəsində keçiriləcək "Samsunspor" - "Elazığspor" matçını canlı izlədikdən sonra 27 yaşlı milliləşdirilmiş futbolçunun hazırkı durumu barədə Qurbanova məlumat verəcək.
Qeyd edək ki, Budak sonuncu dəfə 2016-cı ildə Robert Prosineçki tərəfindən yığmaya çağırılıb. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31