Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur

Ağstafa royonu ərazisində də yol infrastrukturunun yenidən qurulması istiqamətində xeyli iş görülüb və görülməkdə davam edir. Onlardan biri Kolayır -Düzqışlaq -Mollacəfərli - Xılxına - Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarıdır.

Ağstafa royonu ərazisində də yol infrastrukturunun yenidən qurulması istiqamətində xeyli iş görülüb və görülməkdə davam edir. Onlardan biri Kolayır -Düzqışlaq -Mollacəfərli - Xılxına - Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarıdır. "OLAYLAR"-a daxil olan məlumata görə, sözügedən marşrut üzrə 10 km uzunluğunda olan yolun hərəkət hissəsində qabarmalar və çökmələr, çalalar əmələ gəlmişdi. Avtomobil yolunun Qarahəsənli kəndinin ərazisindən keçən hissəsində yolun uzunluğu 2 km, Kolayır kəndinə giriş yolunun uzunluğu 1.8 km, enləri isə 5-6 metr arasında dəyişir və yol əsası ilə yol geyiminin V texniki dərəcəyə uyğun bərpası tələb olunurdu. Düzqışlaq-Molla Cəfərli-Xılxına avtomobil yolunun uzunluğu 6.2 km-dir, və yolun 3.7 km-i IV texniki dərəcəyə, 2.5 km hissəsi isə V texniki dərəcəyə uyğun əsaslı təmir olunmalı idi.

Tikinti layihəsinə uyğun olaraq yolun əsasında dağılmış hissələr müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək yayılır və kipləşdirilir. Mövcud çınqıl örtüklü yol avtoqreyderlə plana salınaraq kipləşdirilir və yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır. Bundan başqa çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülür. Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə 8 ədəd mövcud dəmir suötürücü boru qazılaraq çıxarılıb, əvəzinə yeni dəmir-beton borularaq quraşdırılıb və başlıqlarının tikintisi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31