Bir neçə ölkənin baş naziri Azərbaycana gələcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birchall iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birchall iştirak edəcək. "OLAYLAR" xəbər verir ki, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzuların müzakirə olunacağı tədbirdə hər üç ölkənin hökumət nümayəndəsinin çıxışı planlaşdırılır. Fələstin Baş nazirinin müavini Ziad Abu Amr Orta Şərqdə regional təhlükəsizlik, regional sülh, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic kapitalizmdə iqtisadi inkişafın ətraf mühitə təsiri, Rumıniya Baş nazirinin müavini Ana Birchall isə meydana çıxan yeni güclərə dair panel müzakirələrdə çıxış edəcək.

Forumun işində sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31