Nazirliyin “Qəbələ pilot layihəsi” davam edir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin pilot layihəsi çərçivəsində Qəbələ rayonu Heydər Əliyev Mərkəzinin rayonun siyasi-ictimai həyatında rolunun artırılmasına yönəlmiş növbəti tədbir həyata keçirilib. Martın 7 – də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, habelə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir. Rayonun və ümumilikdə dövlətimizin sosial-siyasi həyatında qadınların oynadıqları roldan söhbət açan Mərkəzin direktoru Asif Usubəliyev, daha sonra mövcud istiqamətdəki dövlət siyasətindən tədbir iştirakçılarına məlumat vermişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin pilot layihəsi çərçivəsində Qəbələ rayonu Heydər Əliyev Mərkəzinin rayonun siyasi-ictimai həyatında rolunun artırılmasına yönəlmiş növbəti tədbir həyata keçirilib.

Martın 7 - də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, habelə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir. Rayonun və ümumilikdə dövlətimizin sosial-siyasi həyatında qadınların oynadıqları roldan söhbət açan Mərkəzin direktoru Asif Usubəliyev, daha sonra mövcud istiqamətdəki dövlət siyasətindən tədbir iştirakçılarına məlumat vermişdir.

Daha sonra Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Zərxanım Ağayeva Mərkəz tərəfindən təsis olunmuş mükafatları rayonun fəal qadınlarına təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31