Külli miqdarda malların qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etməməklə və gizlədərək keçirilməsinə cəhdin qarşısını alıblar.
6 Mart 2018 16:11 KriminalHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etməməklə və gizlədərək keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, HNBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Çindən karqo ilə göndərilən brutto çəkisi 9935 kq olan geyim əşyaları gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilən müvafiq gömrük bəyannaməsi ilə "şallar, şərflər, kaşnelər, mantilyalar, duvaqlar və analoji məmulatlar" adlı mal sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında bəyan edilib.