Bilik Fondu ilk dəfə səs verəcək gənclərlə görüş təşkil etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evi Sosial Xidmətlər müəssisəsində “İlk dəfə səs verirəm” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Prezident seçkilərində ilk dəfə səs verəcək gənclər iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri haqqında məlumat verib və bütün seçiçiləri fəal olmağa çağırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evi Sosial Xidmətlər müəssisəsində "İlk dəfə səs verirəm" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Prezident seçkilərində ilk dəfə səs verəcək gənclər iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri haqqında məlumat verib və bütün seçiçiləri fəal olmağa çağırıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu çıxışında Azərbaycan gənclərinin cəmiyyətdə rolunu qeyd edərək, dövlətin gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov dövlətin gənclər, kütləvi bədən tərbiyəsi və idman siyasəti sahələri üzrə görülən işlərdən danışıb. Gənclərin savadlı, bilikli olmalarının, onların informasiya-kommunikasiya texnologiyalarını, habelə xarici dilləri mükəmməl bilmələrinin zəruriliyini vurğulayan R.Abbasov bunun üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev tədbirin əhəmiyyətindən danışaraq, təmsil etdiyi qurumun seçki hüququ ilə bağlı həyata keçirdiyi maarifləndirici layihələrə diqqət çəkib.

Tədbirdə mühazirəçi qismində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyevin "Seçki qanunvericiliyi: hüquqlarımız və vəzifələrimiz" mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi seçki prosesində iştirak edəcək gənclərin hüquq və vəzifələrindən danışıb, seçki hüququnun hüquqi əsası kimi çıxış edən Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin bir sıra müddəalarının mahiyyətini tədbir iştirakçılarına izah edib.

Sonda gənclərin müxtəlif sualları ətarflı şəkildə cavablandırılıb, həmin gün 18 yaşı tamam olan 4 gəncə hədiyyələr verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31