Müğənni "Oscar"a yarıçılpaq getdi, vətənində qalmaqal yarandı
2009-cu ildə Albaniyadan ABŞ-a köçən alban müğənni Bleona Kereti ilə bağlı böyük qalmaqal yaşanır. Səbəb 38 yaşlı müğənninin ABŞ-ın Los-Anceles şəhərindəki "Dolby Theater"də keçirilmiş 90-cı "Oskar" mükafatlarının təqdimat mərasiminə qatıldığı geyimdir.
6 Mart 2018 16:10 Dünya2009-cu ildə Albaniyadan ABŞ-a köçən alban müğənni Bleona Kereti ilə bağlı böyük qalmaqal yaşanır. Səbəb 38 yaşlı müğənninin ABŞ-ın Los-Anceles şəhərindəki "Dolby Theater"də keçirilmiş 90-cı "Oscar" mükafatlarının təqdimat mərasiminə qatıldığı geyimdir. Mərasimə şəffaf, dərin dekolteli donda yollanmış müğənni vətəni Albaniyada narazılıq yaradıb. "Albaniyanın Madonnası" adlandırılan Bleona Keretinin doğulduğu Korça şəhərinin bələdiyyəsi onu "şəhər sakini" adından məhrum etməyə hazırlaşır.
B.Kereti Birləşmiş Ştatlarda Timbaladnd, Rodni Cerkins və Devid Foster kimi tanınmış prodüserlərlə çalışır. Milli.az TMZ-yə istinadən xəbər verir.