Daha bir bölgədə “Kitabsevərlər klubu” təsis edildi
Martın 6-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxumaq ənənələrinin bərpası məqsədi ilə Murad Əlibəyov adına Xırxatala kənd tam orta məktəbində “Kitabsevərlər klubu”nun təsis toplantısı keçirilib. Olaylar.az bildirir ki, toplantıda İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova, Qəbələ rayonu MKS-in direktoru Anar Rüstəmli, Xırxatala kənd məktəbinin direktoru Əhmədiyyə Hacıyev, Mərkəzin şöbə müdirləri və mütəxəssisləri iştirak ediblər.
6 Mart 2018 16:11 MədəniyyətMartın 6-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxumaq ənənələrinin bərpası məqsədi ilə Murad Əlibəyov adına Xırxatala kənd tam orta məktəbində "Kitabsevərlər klubu"nun təsis toplantısı keçirilib.
Olaylar.az bildirir ki, toplantıda İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova, Qəbələ rayonu MKS-in direktoru Anar Rüstəmli, Xırxatala kənd məktəbinin direktoru Əhmədiyyə Hacıyev, Mərkəzin şöbə müdirləri və mütəxəssisləri iştirak ediblər.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev Nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında, kitabxanaların fəaliyyətinin, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında çıxış edərək qeyd etdi ki, kitab uğurlu gələcəyə aparan yoldur.
Sonra Mərkəzin mütəxəssisləri Elnarə Hacıyeva "Kitabxanalarda mədəni-kütləvi tədbirlərin təşkili, yeni metodlardan istifadə" adlı və Ceyhun Əhmədov "Mütaliənin vacibliyi və onun rituallaşdırılması yolları" adlı məruzələri ilə çıxış etmişlər.
Daha sonra Xırxatala kənd məktəbinin şagirdləri məşhur yazıçı və şairlərin əsərlərini səsləndiriblər.
Tədbir çərçivəsində "Kitabsevərlər klubu"nun üzvlərinə klubun üzvü sertifikatı verilərək, müxtəlif janrları əhatə edən kitablar hədiyyə edilib.