Təhsil sahəsində əldə edilən nailiyyətlər beynəlxalq tədqiqatlarda da yüksək qiymətləndirilir

Son illər təhsil sahəsində müşahidə edilən müsbət tendensiyalardan biri də şagirdlərin oxu bacarıqlarının artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Etiraf etmək lazımdır ki, bu istiqamətdə həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verir. Sevindirici hal ondan ibarətdir ki, bu prosesə təhsil sahəsində fəaliyyət göstərən müəyyən beynəlxalq təşkilatlar da öz dəstəklərini verirlər.

Vüsal Hüseynov: "ölkəmizdə əvvəlki illərlə müqayisədə təhsil sahəsində və ibtidai sinif şagirdlərinin göstəriciləri üzrə bir sıra istiqamətlərdə müsbət irəliləyişlər müəyyən edilib"

Son illər təhsil sahəsində müşahidə edilən müsbət tendensiyalardan biri də şagirdlərin oxu bacarıqlarının artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Etiraf etmək lazımdır ki, bu istiqamətdə həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verir. Sevindirici hal ondan ibarətdir ki, bu prosesə təhsil sahəsində fəaliyyət göstərən müəyyən beynəlxalq təşkilatlar da öz dəstəklərini verirlər. Bu günlərdə Bakıda "PIRLS 2016" - oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimat keçirilməsi də bunun əyani sübutudur. Məlumat üçün qeyd edək ki, oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462-dən 472-yə yüksəlib.İbtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı olan "PIRLS" 2001-ci ildən etibarən hər beş ildən bir keçirilir. Azərbaycan bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin qatıldıqları bu qiymətləndirmə tədqiqatında dövlətlər üzrə orta bal 500 olaraq müəyyənləşdirilir. Bu kimi layihələr təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə yanaşı, ölkəmizdə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır. Ümumiyyətlə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq Təhsil Nazirliyi son illərdə ibtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Məktəbəhazırlıq qruplarının təşkili, ibtidai sinif müəllimlərinin sınaq qiymətləndirilməsi, bu qiymətləndirmə əsasında ixtisasartırma təlimləri, müəllimlərin peşəkar inkişafı, eləcə də şagirdlər arasında oxu vərdişlərinin təşviqi, oxu bacarıqlarının inkişafına yönəlmiş layihələr və valideynlərlə iş buna bariz nümunədir.

Millət vəkili Vüsal Hüseynov da hesab edir ki, həyata keçirilən bu kimi layihələr ümumilikdə təhsilin keyfiyyətinin artılrılmasına xidmət edir. Millət vəkili şagirdlərin oxu bacarıqlarının inkişaf etdirilməsinə hesablanmış sözügedən layihəni də bu qəbildən hesab edib: "İbtidai sinif şagirdlərinin oxuma bacarıqlarının keyfiyyətini araşdıran "PIRLS" adlı beynəlxalq təhqiqatın nəticələri statistik rəqəmlərə, obyektiv qiymətləndirmə təmin edən, təsadüfi seçmə və sair metodlara əsaslanan kənar qiymətləndirmədir. Onun sözlərinə görə, PİRLS araşdırması digər oxşar təyinatlı PİSA araşdırması kimi təhsil sahəsində vəziyyəti müəyyən edən etibarlı, nüfuzlu beynəlxalq araşdırmalardan biridir: "Bu araşdırma 2001-ci ildən başlayaraq ABŞ-da yerləşən Təhsil nəaliyyətlərinin qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən həyata keçirilir. Araşdırma hər 5 ildən bir keçirilir və illər üzrə dinamikanı görmə imkanı yaradır. Azərbaycan bu araşdırmaya 2011-ci ildən qoşulub. Son araşdırmada, həmçinin, Avropa İttifaqına üzv 20-dən artıq dövlət iştirak edib. Bu nəticələr digər dövlətlərlə müqayisə təmin etməsə də, hər bir ölkənin özü üçün əvvəlki illərlə müqayisədə dinamikanı qiymətləndirmə üçün imkanlar təmin edir. Son nəticələrə əsasən ölkəmizdə əvvəlki illərlə müqayisədə təhsil sahəsində və ibtidai sinif şagirdlərinin göstəriciləri üzrə bir sıra istiqamətlərdə müsbət irəliləyişlər müəyyən edilib. Belə müsbət nəticələrin əldə edilməsində rolu, əziyyəti olan, xüsusilə bu gün təltif edilən bütün müəllimləri və təhsil işçilərini təbrik edirəm". Vüsal Hüseynov deyib ki, 2011-ci ildən ötən dövrdə ibtidai sinif şagirdlərinin məktəbə münasibəti (bəyənməsi) 82 faiz, məktəblərdə təhlükəsizlik və intizama riayət olunması səviyyəsi 84 faiz, valideynlərin uşaqlarının təhsil aldığı məktəblərdən razılığı 79 faiz, kateqoriyalarında xüsusilə müsbət nəticələr əldə olunub. Araşdırma qiymətləndirməsinə əsasən mükəmməl və yüksək nəticə göstərən şagirdlərin faiz nisbəti artmış, aşağı nəticə göstərənlər isə azalıb. Araşdırmanın aşkar etdiyi maraqlı məqamlardan biri də oxu bacarıqları baxımından qız və oğlan şagirdləri arasında olan fərqdir. İstər 2011-ci il, istərsə də 2016-cı ildə aparılan araşdırmalarda qızların oxu bacarıqlarının oğlanlardan daha yüksək olduğu aşkar olunub. Qeyd edilməlidir ki, təhqiqat aparılan bütün dövlətlərdə (ərazi, stat və s.) üzrə qızların daha yüksək oxuma bacarıqları olması müəyyən edilib. Digər məqam isə məktəbəqədər təhsillə bağlıdır. Araşdırma bir daha aşkar şəkildə müəyyən edir ki, məktəbəqədər təhsil alan şagirdlər almayanlardan daha yüksək nəticələr göstərir. Məruzəyə əsasən ən yüksək nəticə göstərən şagirdlər 2 il məktəbəqədər təhsil alan şagirdlərdir. Bu baxımdan həm oğlanların nəticələrinin daha da artması və qızlara çatması və məktəbəqədər təhsilə valideynlər tərəfindən diqqətin artırılması vacibdir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31