Azərbaycan həqiqətləri virtual məkan vasitəsilə dünyaya çatdırılır

Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə,  Azərbaycanın tanınmış marketinq mütəxəssisi, Floor 6 Kreativ Agentliyinin təsisçisi Leyla Məmmədova gənclərə "PR strategiyasının qurulması" mövzusunda təlim keçib. Təlim çərçivəsində məlumatların təhlil metodları, məlumatın insanlara ötürülməsi metodikası haqqında danışılaraq mövzu müzakirə olunub.

Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan" layihəsinin növbəti təlimi baş tutub. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə,  Azərbaycanın tanınmış marketinq mütəxəssisi, Floor 6 Kreativ Agentliyinin təsisçisi Leyla Məmmədova gənclərə "PR strategiyasının qurulması" mövzusunda təlim keçib. Təlim çərçivəsində məlumatların təhlil metodları, məlumatın insanlara ötürülməsi metodikası haqqında danışılaraq mövzu müzakirə olunub.

Birliyin mətbuat xidmətindən bildirilib ki, informasiya müharibəsi dövründə pr strategiyasını düzgün qurmaq Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmaq üçün əsas vasitələrdəndir.

Layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə dünyaya çatdırmaqdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31