Gündəm

Əli Kərimlinin oğlunun biədəb görüntüləri yayıldı

7 Mart 2018 15:33

Redaksiyanın “kseroksundan” sürüşüb çıxan bu fotoşəkillər bizi xeyli təəcübləndirdi. Başqa cür necə ola bilər axı!.. Fotolarda iki kişinin bədən hərəkətlərinin ekstazında sevişmə piruetləri aydın sezilir. Onlardan nisbətən abırlılarını sizlərə təqdim etməyi özümüzə birtəhər rəva gördük. Digərlərini isə, bizi bağışlayın, heç cür yaya bilmərik. Bunlar porno-seçmələr olardı. İkrah doğuran açıq-saçıq qalereya, Sodom və Homorranun (Bibliyada yazıldığına görə, bu şəhərləri sakinlərinin saysız-hesabsız günahlarına, əxlaqsızlığa yuvarlanmalarına görə Allah yer üzündən silib) pozğun sakinlərinin ehtiraslı sevişmə səhnələrini xatırladan görüntülər...

Ərdoğan, Putin və Ruhaninin görüşünün vaxtı və yeri dəqiqləşdi

7 Mart 2018 15:31

Aprelin 4-də İstanbul şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Rusiya prezidenti Vladimir Putinin və İran prezidenti Həsən Ruhaninin Zirvə görüşü keçiriləcək. Məlumata görə, görüşdə Suriya böhranı ilə yanaşı, regional proseslərin də müzakirə olunacağı gözlənilir.

11 yaşlı azərbaycanlı qızın deportasiyası Almaniyanı qarışdırdı

7 Mart 2018 15:30

Bavariya torpağının Hautsenberq şəhərindəki idman məktəbinin şagirdləri səkkiz ildir ki ailəsi ilə Almaniyada yaşayan 11 yaşlı azərbaycanlı qız Zərnişanın deportasiya olunmasına qarşı etiraz aksiyası təşkil ediblər.

Çeçenistanda vertolyot qəzası baş verdi

7 Mart 2018 15:28

“112” teleqram-kanalı xəbər verir ki, ilkin məlumata görə, Çeçenistanda vertolyot qəzası baş verib. Hadisə nəticəsində 7 nəfərin öldüyü bildirilir.

Daha iki məktəblini maşın vurdu: ardı-arası kəsilməyən bu cinayətləri necə önləməli?!

7 Mart 2018 15:26

Bu gün səhər saatlarında Göygöldə iki məktəblini maşın vurub. Rayonun Yeni Qızılca kəndində yolu keçmək istəyən iki məktəbli - 2003-cü il təvəllüdlü Əskərov Coşqun Xəyal oğlu və həmyaşıdı Əliyev Rəvan Ramiz oğlu məktəbin qarşısında avtomobili yüksək sürətlə idarə edən sürücünün törətdiyi cinayətin qurbanlarıdır. Onların müxtəlif dərəcədə xəsarətlər aldığı və vəziyyətlərinin kafi olduğu bildirilir. Qəzanı törədən sürücü isə avtomobillə hadisə yerindən qaçıb.

Əmək Nazirliyində dəyirmi masa keçirilib

7 Mart 2018 15:22

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Fulbrayt proqramının mütəxəssisi, ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Pediatriya kafedrasının professoru, Uşaq və İnsan İnkişafı Mərkəzinin təlim üzrə direktoru xanım Tobi Lonqun iştirakı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv mühitin, o cümlədən inklüziv təhsilin inkişafı məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.  

Ermənistanın işğal altında olan ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti

7 Mart 2018 15:20

Ermənistan bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata çəkməyə, bununla cəbhədə vəziyyəti gərginləşdirməyə, nəticə etibarilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa çalışır. Düşmənin müntəzəm olaraq təmas xəttində təxribatlara yol verməsi, işğal altında olan rayonlarda keçirilən hərbi təlimlər, Qarabağa qeyri-qanuni səfərlər, eləcə də ərazilərimizdə apardıqları qeyri-qanuni məskunlaşma və tikinti işləri, bütün bunlar məhz İrəvanın təxribat planlarının tərkib hissəsidir.

Bölgələrdə ənənəvi kənd təsərrüfatı sahələri inkişaf etdirilir

7 Mart 2018 15:14

Regionların sosial-iqtisadi inkişaf proqramları çəltikçiliyin genişlənməsinə təkan verib Ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsi, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi sahələrində də əhəmiyyətli rol oynayır.

10 manata səməni, 5 manata qarpız.... – BAYRAM BAZARINDAN REPORTAJ

7 Mart 2018 15:09

Novruz bayramına sayılı günlər qalıb. Bir çoxları bayramqabağı bahalaşmanın olacağını düşünərək hətta bir neçə həftə öncədən bayram bazarlıqlarını edərək qoz, fındıq və bu kimi köhnəlməyən məhsulları çoxdan alıb.

Vaqif Əsədov qadınlardan danışdı: "Güzgüyə baxmaq, bəzənmək..."

7 Mart 2018 15:07

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında qadın sürücülərdən danışıb. 

Xaricdə dini təhsil alan gənclər niyə özlərini doğrultmurlar?

7 Mart 2018 15:03

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, xaricdə dini təhsil alan şəxslər əksər hallarda özlərini doğrultmurlar. Bu fikir onunla əsaslandırılır ki, onların əksəriyyəti həmin ölkələrdəki dini ideologiyaların təsirinə məruz qalmış və həmin ölkələrdə hazırlanmış ədəbiyyatlardan istifadə edirlər ki, bu da ölkəyə yad ideologiyanın gətirilməsi deməkdir. Çünki, din amili həmin ölkələrdə dövlət quruluşuna, milli mənəvi dəyərlərinə xidmət edir. Bu isə bizim milli mənəvi dəyərlərimizə ziddir. Lakin buna baxmayaraq hazırda xaricdə dini təhsil alanlar arasında din xadimi kimi fəaliyyət göstərənlər də var.

Qərbin ədalətdən kənar “ədalət” axtarışı

7 Mart 2018 15:01

Son vaxtlar dünyada cərəyan edən proseslər, xüsusilə beynəlxalq terrorizmə qarşı aparılan mübarizəyə Qərbdən yaradılan maneə ədalətdən danışan dünya dövlətlərinin nə qədər ədalətsiz yanaşma sərgilədiklərini bir daha ortaya qoydu. Suriyanın Afrin bölgəsində Türkiyənin PKK/YPĞ/PYD-yə qarşı apardığı antiterror mübarizəsinə olan qeyri-adekvat münasibət də bunu bir daha təsdiqlədi ki, əslində Qərbin beynəlxalq terrorizmə qarşı mübarizə adı altında apardığı fəaliyyət heç də onun məhvinə deyil, əksinə geniş yayılmasına xidmət edir.

Külli miqdarda aksiz markasız siqaret və araq aşkar edilib

7 Mart 2018 15:00

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş tütün məmulatlarının və spirtli içkilərin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Şərab evi" adlı ticarət obyektində realizə olunması barədə əməliyyat məlumatı daxil olub.

6 avtomobildən oğurluq edənin əlləri qandallanıb

7 Mart 2018 14:58

Avtomobillərə qənim kəsilən Bakı şəhər sakini ələ keçib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon ərazisində 6 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Hacıyev saxlanılıb.

Cəllabad sakinini çəkiclə qətlə yetirən yaxalanıb

7 Mart 2018 14:57

Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 2-də Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirov yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Martın 5-də S.Nəsirovun üzərində zorakılıq əlamətləri olan meyiti Ləkin kəndinin otlaq sahəsində tapılıb.