Gündəm
Avtomobillə piyadanı vurub qaçan qadın saxlanıb
Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Sərhad Şahpələngovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Cəmilə Həsənova saxlanılıb. Araşdırma aparılır.
Avtomobil vuran piyada hadisə yerində ölüb
Qazax rayonunun İkinci Şıxlı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a veriln məlumata görə, martın 7-də saat 1 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndində rayon sakini Bilal Mustafayev idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən kənd sakini Əmir Musayevi vurub.
Salyan-Neftçala avtomobil yolu əsaslı şəkildə təmir olunur
Salyan və Neftçala rayonlarını birləşdirən 45 km uzunluğunda olan respublika əhəmiyyətli avtomobil yolu əsaslı şəkildə təmir olunur. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən yol uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolun hərəkət hissəsi deformasiyaya uğramışdı, qabarma və çalalar əmələ gəlmişdi.
Bakıda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
Bakıda keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində - martın 14-15-də Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil olunacaq. “OLAYLAR” xəbər verir ki, “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlanan konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunur. Konfransda 13 müxtəlif ölkədən - Kanada, Amerika, Brazilya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiyadan 20-dən artıq alimin, eləcə də 30-dan çox azərbaycanlı elm adamının, nizamişünasların iştirakı gözlənilir.
Müasir dövrdə sosiallaşmanın əsas təkanverici qüvvəsi ailədir
Qloballaşma prosesi fonunda qadınların hüquqlarının qorunması cəmiyyətin inkişafında mühüm yer tutur. Bu məsələ bütün bəşəriyyət üçün aktuallıq kəsb edir. Təəssüflər olsun ki, dünyanın bir çox yerində hələ də milyonlarla qadın fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıqdan əziyyət çəkir.
İnsanların yuxusuna haram qatan “gecə drelləri”
Ölkədə tikintisi tam başa çatmamış çoxmərtəbəli yaşayış binalarının istismara verilməsi sənədləşmə işləri ilə yanaşı, bir sıra əlavə problemlər də yaratmış olur. Məlum olduğu kimi hazırda tikinti şirkətlərinin böyük əksəriyyəti mənzillərin təmir işlərini başa çatdırmadan vətəndaşlara satırlar.
Nazilə Səfərli "Səni axtarıram"a çıxan gəlinindən DANIŞDI: "Çirkin əməllərində..."
Qiraətçi xanım açıqlamasında bildirib ki, qardaşının ailə işlərinə müdaxilə etmir: "Qardaşımın ailəsinə qarışmaq mənə yaraşmaz. Onun ailə işinə qarışmıram. Mən ailə qurub, ata evindən çıxanda atam mənə "sən bu evə yalnız qonaq kimi gələ bilərsən” deyib. Xahiş edirəm, bu məsələyə görə mənim adımı hallandırmasınlar.
İTV qiymətləri açıqladı: saniyəsi 7 manat...
İctimai Televiziya və Radio Yayımları Şirkəti aprelin 11-nə təyin edilən Azərbaycan Prezidentinin seçkilərində ödənişli seçkiqabağı təşviqat aparılması üçün qiymətləri açıqlayıb. Prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 7 manatdır.
Bakıda avtobus sürücüsü işdən qovuldu – Səbəb
Bakıda sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü işdən çıxarılıb. Bununla bağlı qərar sərnişinlərdən birinin şikayəti əsasında qəbul edilib. Belə ki, vətəndaş avtobusun sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə daxil olması ilə bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə (BNA) şikayət edib.
FHN-dən əhaliyə Novruz xəbərdarlığı
Fövqəladə Hallar Nazirliyiəhaliyə əhaliyə müraciət edib. “Olaylar” xəbər verir ki, müraciətdə qeyd olunur ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
8 yaşayış məntəqəsinə təbii qaz verilib
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir.
“Azərbaycan Ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan Ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəıbər verir ki, şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığından, eləcə də azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqətindən danışaraq hər bir hərbi qulluqçunun Vətəni şücaətlə qoruduğunu bildirib.
Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov “Müqəddəs Sergiy Radonejski Nişanı” ilə təltif edilib. “OLAYLAR” xəbər verir ki, Ə. Rəhimov Moskva vilayətinin sosial-iqtisadi inkişafında xidmətlərinə, ictimai və xeyriyyə sahələrində fəaliyyətinə görə bu təltifə layiq görülüb. Moskva vilayətinin Domodedovo şəhərində ötən ilin sosial-iqtisadi yekunlarına dair keçirilən yığıncaqda vilayətin qubernatorunun müavini Natalya Virtuozova “Müqəddəs Sergiy Radonejski Nişanı”nı həmyerlimizə təqdim edib.
Bakcell şirkətinin baş direktoru Barselonada panel müzakirələrinə qatılıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, mobil sənayesinin paytaxtı olan Barselona şəhərində keçirilmiş Dünya Mobil Konqresində iştirak edib. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.












.jpg)

