Gündəm
Röyanın özündən yaşca kiçik sevgilisi: Generalın oğludur - FOTOLAR
Bakıda Novruz bayramı ilə bağlı tədbirlər planı açıqlandı
Bakının Fəvvarələr meydanında Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən birgə təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı, tanınmış müğənnilər də iştirak edəcək.
Rusiya XİN Türkiyə-Ermənistan protokolarının ləğvinə münasibət bildirib
"Bizim Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokola münasibətimiz aktual olaraq qalır". Məlumata görə, bu sözləri keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan prezidenti tərəfindən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokolun ləğvi ilə bağlı sualı cavablandırarkən deyib.
Çin Rusiyanı işğal edir: 30 milyard...
Çin investorları Rusiyanın Uzaq Şərqdəki vilayətlərinə 30 milyard dollarlıq investisiya qoymaq niyyətindədirlər. Bunu jurnalistlərə açıqlamasında Çinin Rusiyadakı səfiri Li Xuey söyləyib. O, investisiyaların daha çox neft-qaz sənayesi, kənd təsərrüfatı və maliyyə sferasına qoyulacağını bildirib.
Mİ-5 QRU zabitini kimin zəhərlədiyini açıqladı
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsi Rusiya ilə bağlıdır. Bu barədə informasiyanı “Tayms” qəzeti Britaniyanın Mİ-5 kəşfiyyat idarəsindəki mənbələrinə istinadən yayıb. Kəşfiyyat sui-qəsdin dövlət tərəfindən maliyyələşdirilə biləcəyini vurğulayıb. Mİ-5-in irəli sürdüyü versiyalar sırasında şəxsi motivlər və Skripalın rəqiblərinin onu öldürmək istəklərinin də yer aldığı bildirilib.
Yunusların antimilli fəaliyyətlərinin acı nəticələri…
Yunuslar antimilli, antiAzərbaycançı ermənipərəst əməllərinin və fəaliyyətlərinin acı nəticələrini yaşayırlar. Onların 1988-ci ildən bu yana 27 il ərzində həyata keçirdikləri fəaliyyətlərin, qanunsuz və cinayətkar əməllərin axırı məhz bu cür məntiqi sonluqla yekunlaşmalıydı, onlar bir gün öz əməllərinə cavab verməliydilər və verdilər də.
“Yeni nəsil dəvət edir” - “Sevgi dünyası”
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin estrada sənəti və muğam sənəti kafedralarının tələbərinin iştirakı ilə “Sevgi dünyası” adlı konsert keçirilib. Olaylar.az bildirir ki, konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.
“Qəbələ pilot layihəsi” davam edir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin pilot layihəsi çərçivəsində Qəbələ rayonu Heydər Əliyev Mərkəzinin rayonun siyasi-ictimai həyatında rolunun artırılmasına yönəlmiş növbəti tədbir həyata keçirilib. Olaylar.az bildirir ki, martın 7 – də Nazirliyin, habelə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçı dəstəyi ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib.
Novruz bayramı ilə bağlı tədbir keçirəcək qoruqların SİYAHISI
Novruz bayramı ilə bağlı tədbir keçirəcək tarix-mədəniyyət qoruqlarının siyahısı açıqlanıb. Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan, Novruz bayramı ilə bağlı tədbir keçirəcək tarix-mədəniyyət qoruqlarının siyahısı aşağdakı kimidir.
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir
Azərbaycan Ordusunun nümayəndələri Serbiyanın Belqrad şəhərində “REGEX-18” komanda qərargah təlimi, Türkiyənin Ərzurum şəhərində isə Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təlimində iştirak edirlər.
Nazirlik 25 iş üzrə 16327,69 manat məbləğində iddia qaldırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Məşhur yazıçı oxucuları ilə görüşəcək
Martın 9-da, saat 17-dən 20-dək İstiqlaliyyət küçəsində yerləşən “LİBRAFF” kitab mağazasında yazıçı Varisin "Uzaqdan gələn yağış" adlı yeni romanının imza günü keçiriləcək. Olaylar.az bildirir ki, “Uzaqdan gələn yağış” romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə – kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır.
Mobil Dünya Konqresi keçirilib
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” şirkətinin rəhbərliyi İspaniyanın Barselona şəhərində keçirilmiş GSMA Mobil Dünya Konqresində (GSMA WorldMobileCongress) iştirak edib.
Martın 11-də 40 minə yaxın şagird imtahan verəcək
Dövlət İmtahan Mərkəzi tərəfindən martın 11-də Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.
Güclü külək və temperaturun düşməsi meteohəssas insanlarda narahatlıq yaradacaq
Bakıda və Abşeron yarımadasında martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.











_3.jpg)


