Rusiya XİN Türkiyə-Ermənistan protokolarının ləğvinə münasibət bildirib
"Bizim Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokola münasibətimiz aktual olaraq qalır". Məlumata görə, bu sözləri keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan prezidenti tərəfindən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokolun ləğvi ilə bağlı sualı cavablandırarkən deyib.
7 Mart 2018 13:51 Siyasət"Bizim Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokola münasibətimiz aktual olaraq qalır". Məlumata görə, bu sözləri keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan prezidenti tərəfindən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokolun ləğvi ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, Rusiya bu razılığa daha əvvəl də münasibətini bildirib, hətta Sürixdə protokolların imzalanması mərasimində Rusiya nümayəndə heyəti də iştirak edib: "Biz əlaqələrinin normallaşmasını vacib hesab edirik. Bu, hər iki ölkənin maraqları naminədir. Biz öz tərəfimizdən bu məqsədə nail olunması üçün əlimizdən gələni etmişik". Axar.az