Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir
Azərbaycan Ordusunun nümayəndələri Serbiyanın Belqrad şəhərində “REGEX-18” komanda qərargah təlimi, Türkiyənin Ərzurum şəhərində isə Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təlimində iştirak edirlər.
7 Mart 2018 13:23 SiyasətAzərbaycan Ordusunun nümayəndələri Serbiyanın Belqrad şəhərində "REGEX-18" komanda qərargah təlimi, Türkiyənin Ərzurum şəhərində isə Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təlimində iştirak edirlər.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, bundan başqa Almaniyanın Kastelqeyt şəhərində "Trident Jaguar 2018" və Ramştayn şəhərində isə "Ramstein Ambition 2018" təlimlərinin planlaşdırma konfransları, eləcə də İzmirdə hava əməliyyatları terminologiyası üzrə təkmilləşdirmə kursları təşkil edilr ki. həmin təlimlərə də Azərbaycan ordusunun nümayəndələri qatılıb.