Gündəm

OPEC: Qlobal enerji böhranı ola bilər

7 Mart 2018 13:10

Neftin qiymətindəki ucuzlaşma ilə əlaqədar bu günə qədər qlobal neft sənayesində təxminən 1 trilyon dollarlıq zərər meydana gəlib. İnvestisiyaların davam etməməsi qlobal enerji böhranına səbəb ola bilər.

Hava şəraiti kəskin pisləşəcək - XƏBƏRDARLIQ

7 Mart 2018 13:08

Bakıda və Abşeron yarımadasında martın 09-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə  5-7 dərəcə aşağı enəcək.

Əflatun Amaşov: "Azərbaycanda jurnalistlərin 60 faizi qadınlardır"

7 Mart 2018 13:02

"Azərbaycanda qadınların digər sahələr kimi, mətbuatda da təmsilçiliyi çox fəaldır". Məlumata görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Elgiz efirdə Ayselin qarşısında diz çökdü: “Səni sevirəm” - VİDEO

7 Mart 2018 12:57

Elgiz Əkbər tanımmış müğənni Aysel Əlizadəyə sevgi elan edib. ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Aysel Əlizadə olub. Maraqlı anlarla yadda qalan proqramda davul ifaçısı müğənniyə eşq elan etmək istəyib.

Türkiyədə oteldə yanğın: qonaqlar özlərini pəncərədən atdılar - VİDEO

7 Mart 2018 12:54

Türkiyənin İzmir şəhərindəki otellərin birində yanğın baş verib. Yanğın nəticəsində ölən və yaralananların olması barədə məlumat yoxdur. Hadisə şahidlərinin dediyinə görə, oteldəkilər yanğın zamanı özlərini pəncərədən atıblar.

Ukrayna Avroviziyadan gedir?

7 Mart 2018 12:47

Ötən il Avroviziya mahnı müsabiqəsinin ev sahibi olan Ukrayna yarışmadan çəkilə bilər. Bu barədə “ESChalley” səhifəsi məlumat yayıb. 

Bu görüş bölgənin taleyini müəyyən edəcək - TARİX AÇIQLANDI

7 Mart 2018 12:43

Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçtərəfli sammit aprelin 4-də İstanbulda keçiriləcək. Bu haqda diplomatik mənbəyə istinadən “Milliyət” qəzeti bildirib.

Zaur Baxşəliyev masadan yıxıldı- VİDEO

7 Mart 2018 12:41

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə maraqlı videosunu paylaşıb. Məlumata görə, videoda aparıcı mahnı oxuyarkən masanın üstünə çıxır. Daha sonra masa qırılır və Zaur yıxılır.

Sellofan torbalar istifadə edənlər - Bunları mütləq bilin

7 Mart 2018 12:39

Sellofan paketlər (polimer torbalar) dünyanı narahat edən əsas ekoloji problemlərdən biridir. Çünki bu torbalar istifadə edildikdən sonra bir çox hallarda ətrafa atılır, təbiəti çirkləndirir. Səbəb isə həmin torbaların torpağın altında yüz illərlə qalsa belə çürüməməsidir. Həmçinin, Polietilen tərkibli olan bu torbaların tərkibindəki maddələr insan sağlamlığı üçün zərərlidir. Mütəxəssislərin dediyinə görə, bu torbalarda saxlanılan ərzaq məhsulları qida zəhərlənmələrinə səbəb olur.

ABŞ Kim Çendən qardaşının qisasını alır – Yeni sanksiya

7 Mart 2018 12:35

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb. Sanksiyalara səbəb Şimali Koreya liderinin qardaşı Kim Çen Namın keçən ilin fevralında Malaziyada VX zəhərindən istifadə edilərək öldürülməsi olub. Departament kimyəvi silah vasitəsilə həyata keçirilən bu qətlləri pislədiyini bildirib.

20-yə yaxın partiya maliyyə hesabatını MSK-ya təqdim edib

7 Mart 2018 12:32

İndiyədək 20-yə yaxın partiya 2017-cı il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə deyib.

Ceyhun Hacıbəylinin həyatı teatr səhnəsində - İlk dəfə

7 Mart 2018 12:31

Azərbaycan Dövlət Musiqili Teatrının növbəti premyerası 10 mart - Milli Teatr Günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunacaq. Olaylar.az bildirir ki, ideya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb.

Lisin Rusiyanın ən varlısı oldu

7 Mart 2018 12:29

Vladimir Lisin Rusiyanın ən zəngin adamı olub. “Forbes” jurnalının hazırladığı reytinqdə onun sərvətinin 19,1 milyard dollar olduğu bildirilib. Lisin ən yaxın izləyicisi Aleksey Mordaşovu 400 milyon dollar geridə qoya bilib. İlk üçlüyü isə 18 milyard dollarla Leonid Mixelson tamamlayıb. Rusiya milyarderlərinin ilk onluğunda həmçinin “Lukoyl”un rəhbəri Vahid Ələkbərovun da adı yer alıb.

Putinin reytinqi sürətlə düşür: O, hansı səhvlər buraxdı?

7 Mart 2018 12:27

Rusiyada əhalinin bir milyondan çox olduğu şəhərlərdə Vladimir Putin mövqelərini itirməyə başlayıb. Bu barədə informasiyanı “Vedemosti” qəzeti yayıb. Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğuya diqqət yetirən qəzet Putinin bir ay ərzində Moskva və Sankt-Peterburqda 12% səs itirdiyini bildirib. Nəticədə bu şəhərlərdə onun tərəfdarlarının sayı əhalinin 57,1%-ni təşkil edib.

Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert

7 Mart 2018 12:26

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət evində 8 mart- Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram konserti keçirilib. Konsertdə Baş İdarənin əməkdaşları, məktəb direktorları və qəsəbə sakinləri iştirak ediblər. Olaylar.az bildirir ki, ilk öncə konsertin aparıcısı Humay Muxtarova 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları təbrik edib.