Gündəm

"Whatsapp"dan hər kəsin gözlədiyi yenilik - VİDEO

7 Mart 2018 12:22

"Whatsapp" istifadəçilərinin uzun müddətdir gözlədiyi "Youtube" dəstəyi İOS istifadəçiləri üçün istifadəyə təqdim edilib. Artıq "Whatsapp" üzərindən göndərilən "Youtube" videolarını tətbiqdən çıxmağa ehtiyac qalmadan eyni səhifədə izləmək mümkün olacaq.

MSK sədri Milli Şuranın mitinqinə münasibət bildirdi

7 Mart 2018 12:18

Siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Şuranın martın 10-na təyin edilən mitinqinə münasibət bildirərkən deyib.

Deputatlar arasındakı beynəlxalq futbol turnirinin püşkatması olacaq

7 Mart 2018 12:15

Martın 9-11 tarixlərində Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Məlumatına görə, futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub. Həmçinin Martın 9-da Milli Məclisdə futbol yarışının püşkatma mərasimi keçiriləcək və memorandum imzalanacaq.

Məhkəmə AzTV sədrinin 4,5 milyon manatlıq iddiasını icraata qəbul edib

7 Mart 2018 12:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri"QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məzahir Pənahov: "Prezidentliyə namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar"

7 Mart 2018 12:10

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.

Şəbnəm Tovuzludan Zaurun sualına sərt cavab: "Onun duxu çatmaz"

7 Mart 2018 12:08

Xəzər TV-də yayımlanan 5/5 verilişində maraqlı anlar baş verib. Məlumata görə, efirə qonaq gələn xanım müğənni Şəbnəm Tovuzlu Zaur Kamalın suallarını cavablandırıb. Müğənni Zaurun "Kənar bir adam sizə 8 martda hədiyyə versə qəbul edərsiz?" sualına özünəməxsus cavab verib: "Mən xanımdan hədiyyə qəbul edərəm, amma kişidən yox.

Dünyanın ən varlısı yenə Bezos oldu

7 Mart 2018 12:05

Forbes jurnalı 2018-ci ilin "Dünya Milyarderləri" siyahısını açıqlayıb. 31-ci dəfə yayımlanan siyahıda "Amazon şirkətinin yaradıcısı Ceff Bezos 1-ci sırada qərarlaşıb. O, "Microsoft"un yaradıcısı Bill Qeytsi geridə qoyub. Bezosun sərvəti 112 milyard dollar, Qeytsin sərvəti isə 90 milyard dollardır. Vorren Baffet 84 milyardla 3-cü ola bilib.

Azərbaycanda dağınıq skleroz xəstələrinin sayı açıqlanıb - 1214 nəfər

7 Mart 2018 12:02

2013-2017-ci illər ərzində Azərbaycanda 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulub. Məlumata görə, bunu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya kafedrasının assistenti Rahim Əliyev deyib.

Türkiyəyə köçən azərbaycanlı müğənni tanınmaz halda

7 Mart 2018 12:00

Türkiyədə yaşayan müğənni Samir Piriyev Bakıya gəlib. Film təqdimatlarından birinə qatılan müğənni görünüşü ilə hamını təəccübləndirib. Xeyli arıqlayan Samiri az qala dostları belə tanımayıb.

Zinəddin Zidan: "Qələbə çox önəmli idi"

7 Mart 2018 11:55

"Oyunçularımı təbrik edirəm. Matçın əvvəlindən sonuna kimi yaxşı oynadılar. Belə bir çətin görüşdə qələbə çox önəmli idi".  Bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının `1/8 finalında PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri cavab matçından sonra deyib.

Kuril adalarında güclü zəlzələ

7 Mart 2018 11:53

Kuril adaları qrupuna daxil olan İturup adasının sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Hind okeanında Danimarka gəmisi partlayıb: itkin düşənlər var

7 Mart 2018 11:48

Hindistanın Lakşadvip adaları yaxınlığında Danimarkanın "Maersk" şirkətinə məxsus konteyner daşıyan gəmidə partlayış baş verib. Məlumata görə, hadisə zamanı gəmidə 27 ekipaj üzvü olub.

Konsulluq qarşısında terakt törətməyə hazırlaşan 13 suriyalı tutuldu

7 Mart 2018 11:47

Türkiyənin Adana vilayətində ABŞ konsulluğunun qarşısında terror aktı törətməyə hazırlıqda şübhəli bilinən 13 nəfər saxlanılıb. Saxlanılan şəxslərin hamısı Suriya vətəndaşıdır.

Üç ölkədən növbəti qazanc - UEFA reytinqi

7 Mart 2018 11:42

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan ilk 2 qarşılaşmadan sonra UEFA reytinqi açıqlanıb. Keçirilən görüşlər üç ölkənin xal hesabını dəyişib.

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlandı - 387,3 milyon...

7 Mart 2018 11:40

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb. AMB-dən  verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il  mart ayının 1-nə 5 mlrd. 387,3 mln. ABŞ dolları təşkil edib.