Hind okeanında Danimarka gəmisi partlayıb: itkin düşənlər var
Hindistanın Lakşadvip adaları yaxınlığında Danimarkanın "Maersk" şirkətinə məxsus konteyner daşıyan gəmidə partlayış baş verib. Məlumata görə, hadisə zamanı gəmidə 27 ekipaj üzvü olub.
7 Mart 2018 11:48 DünyaHindistanın Lakşadvip adaları yaxınlığında Danimarkanın "Maersk" şirkətinə məxsus konteyner daşıyan gəmidə partlayış baş verib. Məlumata görə, hadisə zamanı gəmidə 27 ekipaj üzvü olub. Partlayışın səbəbləri hələ məlum deyil. Ərazidə Hindistanın Sahil mühafizəsi və Dəniz axtarış-xilasetmə əməliyyatlarının əlaqələndirilməsi Mərkəzinin əməkdaşları çalışırlar. İndiyədək 23 nəfər xilas edilib, 4 nəfər isə itkin düşmüş hesab edilir. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31