Mərkəzi Bankın valyuta ehtiyatları açıqlandı - 387,3 milyon...
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb. AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il mart ayının 1-nə 5 mlrd. 387,3 mln. ABŞ dolları təşkil edib.
7 Mart 2018 11:40 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb. AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il mart ayının 1-nə 5 mlrd. 387,3 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 18 mln. dollar və ya 23,3% çoxdur. Fevral ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 6,1 mln. dollar və ya 0,11% artıb. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31