Gündəm
Məşhur müğənninin qızını Facebook-da tanış olduğu oğlan zorladı
Türkiyədə məşhur bir müğənninin 14 yaşlı qızı Facebook vasitəsi ilə tanış olduğu şəxs tərəfindən zorlanıb. 19 yaşlı B.U. -dan qızın atası şikayətçi olub. Həbs olunan B.U. haqqında 35 il həbs tələbi il məhkəmə prosesi işinə başlayıb. Müğənninin 14 yaşlı qızının "İstəyimlə oldum" ifadəsi də cəzaya mane ola bilməyib.
"Mən o evə gəlin kimi köçməmişdim" - Anar Nağılbazın keçmiş arvadı
Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva bu gün "Hər şey daxil"in qonağı olub. Reperin keçmiş həyat yoldaşı dağılan ailəsi ilə bağlı maraqlı açıqlamalar edib: "Onlar 3 qardaşdır. 3-ü də bir evdə qalır. Halbuki, o ev bizim özümüzün idi.
Azərbaycan həqiqətləri Stanford Universitetində
ABŞ-ın Kaliforniya ştatında yerləşən və dünyanın 5 ən nüfuzlu universiteti sırasında yer alan Stanford Universitetində Xocalı soyqırımına həsr olunmuş geniş anma tədbri keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.
Azərbaycanlı məşhurun gəlini kömək istədi: "Qayınanam məni evdən çıxardı"
Şairə, aparıcı Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə gəlib.
Bakıda yük maşını ana və iki uşağını vurdu
Bakıda ana və iki uşağını maşın vurub. Məlumata görə, hadisə Xətai rayonu, Nargilə kafesi yaxınlığında qeydə alınıb. Azər Kərimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vurub. Xəsarət alan ana və övladları xəstəxanaya yerləşdirilib.
ATƏT sədrliyi: “Münaqişə tərəflərinə kömək etmək üçün heç bir şansı qaçırmayacağıq”
ATƏT-ə sədrlik edən İtaliya Dağlıq Qarabağ münaqişəsinin siyasi, danışıqlar yolu ilə həllini dəstəkləmək öhdəliyinə sadiqdir. Bunu armenpress-ə açıqlamasında İtaliyanın ATƏT-ə sədrlk ofisinin mətbuat katibi Giovanni Davoli deyib.
MSK-nın "Seçki-2018" Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçki-2018" Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb. Məlumata görə, bu gün "Seçki-2018" Müstəqil Media Mərkəzinin açılış mərasimi keçirilib.
Putin qələbə müjdəsi verdi, rus zabitlərin qətliamı başladı…
Putin ötən ilin dekabrında Suriyaya gedərək təntənəli şəkildə bəyanat verdi ki, biz qalib gəldik və artıq hərbi qruplaşmanın çox hissəsini çıxarmağa başlayırıq. Bu sözləri Rusiyanın An-26 nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması olayını şərh edən politoloq Şahin Cəfərli deyib.
ABŞ Türkiyəyə təşəkkür etdi - Təhlükə aradan qalxdı
ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyet Ankaradakı səfirliyin bağlanmasına səbəb olan təhlükə ilə bağlı alınan tədbirlərə görə Türkiyə hökumətinə təşəkkür edib. Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
“100-cü ilində Azərbaycan Xalq Cümhuriyyəti” adlı beynəlxalq konqres keçiriləcək
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı qardaş ölkə Türkiyədə də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Eskişehir Azərbaycanlıları Dərnəyindən “OLAYLAR”-a bildirilib ki, bu məqsədlə may ayının 26-27-də Eskişehirdə"100-cü ilində Azərbaycan Xalq Cümhuriyyəti” adlı beynəlxalq konqres keçiriləcək.
2 uşaq anası bara getdi, gecə yarısına kimi əyləndi, sonra oğlanla... - Bakıda ŞOK OLAY
Gecə klubunda qanlı cinayət törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Günay Süleymanova 2015-ci ilin iyulun 13-də Səbail rayonu, Xəqani küçəsində yerləşən “Troya” gecə klubuna əylənməyə gəlib.
Ofis şəraitində işləyənləri hansı xəstəliklər gözləyir?
Gün ərzində uzun müddət kompüter qarşısında oturmaq, havasız ofislərdəki isitmə və soyutma sistemləri və hərəkətsizlik xroniki xəstəliklərə səbəb olur. Rahat iş şəraiti kimi görünən ofislərdə işləyənlər böyük risk altındadır. Ofisdə işləyənlərdə bel, boyun, əzələ xəstəlikləri, tromblaşma, göz xəstəlikləri, qan dövranı xəstəlikləri, psixososial problemlər və ağciyər xəstəlikləri kimi insan həyatına mənfi təsir edən xəstəliklər müşahidə edilir.
Hospital atəşə tutuldu - Suriyada
Suriyada terrorçuların Tişrin hospitalını atəşə tutması nəticəsində 10 nəfər ölüb, daha 49 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-mayor Yuri Yevtuşenko deyib.
“Nar bağı” Türkiyədə
Türkiyənin Kayseri şəhərində Ərciyəz Universitetinin Mədəniyyət Mərkəzində “Nar bağı” filmi nümayiş olunub. Tədbirdə ali məktəbin rəhbərliyi, müəllim və tələbələr iştirak edib. Filmin nümayişi Ərciyəz Universitetinin İncəsənət bölməsinin müəllimi Nihal Şengül və ali məktəbin azərbaycanlı müəllimləri Nigar Əsgərova və Əsli Əliyevanın təşkilatçılığı ilə baş tutub.














