ATƏT sədrliyi: “Münaqişə tərəflərinə kömək etmək üçün heç bir şansı qaçırmayacağıq”
ATƏT-ə sədrlik edən İtaliya Dağlıq Qarabağ münaqişəsinin siyasi, danışıqlar yolu ilə həllini dəstəkləmək öhdəliyinə sadiqdir. Bunu armenpress-ə açıqlamasında İtaliyanın ATƏT-ə sədrlk ofisinin mətbuat katibi Giovanni Davoli deyib.
7 Mart 2018 11:28 SiyasətATƏT-ə sədrlik edən İtaliya Dağlıq Qarabağ münaqişəsinin siyasi, danışıqlar yolu ilə həllini dəstəkləmək öhdəliyinə sadiqdir. Bunu armenpress-ə açıqlamasında İtaliyanın ATƏT-ə sədrlk ofisinin mətbuat katibi Giovanni Davoli deyib.
O qeyd edib ki, İtaliya ofisi Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləmək üçün ATƏT-in ötən ilki sədrliyi ilə davamlı əlaqə saxlayacaq: "Münaqişə tərəflərinin Madrid prinsipləri və Helsinki Yekun Aktına uyğun olaraq razılıq əldə etməsinə kömək etmək üçün heç bir şansı qaçırmayacağıq". Azadinform.az