“100-cü ilində Azərbaycan Xalq Cümhuriyyəti” adlı beynəlxalq konqres keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı qardaş ölkə Türkiyədə də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Eskişehir Azərbaycanlıları Dərnəyindən “OLAYLAR”-a bildirilib ki, bu məqsədlə may ayının 26-27-də Eskişehirdə"100-cü ilində Azərbaycan Xalq Cümhuriyyəti” adlı beynəlxalq konqres keçiriləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı qardaş ölkə Türkiyədə də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Eskişehir Azərbaycanlıları Dərnəyindən "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə may ayının 26-27-də Eskişehirdə"100-cü ilində Azərbaycan Xalq Cümhuriyyəti" adlı beynəlxalq konqres keçiriləcək.

İNDEX təşkilatının dəstəyi və Anadolu Ünversiteti Türk Dünyası Uyğulama və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq konqresdə Azərbaycandan da nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31