Gündəm

Həsən Turabovun 80 illik yubileyi keçiriləcək

7 Mart 2018 09:59

Azərbaycan prezidenti İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.   Sərəncamda qeyd olunub ki, mart ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümü tamam olur.  

Hansı bürcdən olan kişi daha sədaqətlidir?

7 Mart 2018 09:56

Sədaqət dostluq və sevgi kimi münasibətlərdə önəmli yer tutur. Hər bir qadın da ömrünün sonuna kimi ona sadiq qalacağı və birgə yaşayacağı kişi arzusundadır. Qadınların axtarışlarını asanlaşdırmaq üçün hansı bürcün kişilərinin daha etibarlı, sadiq olmasını araşdırıb. Sədaqətlik şkala üzrə 1-3 rəqəmləri ilə qiymətləndirilib.

Muzeydə şagirdlər üçün “açıq dərs” 

7 Mart 2018 09:53

AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı şəhər 6 nömrəli məktəb-liseyin şagirdləri üçün açıq dərs təşkil olunub. Açıq dərsdə məktəblilərə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsi haqqında ətraflı məlumat verilib. Bundan əlavə, açıq dərsdə H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları, eləcə də muzeyin nəşrləri - “Cavidşünaslıq” araşdırmalar toplusu, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” barədə də danışılıb.

Sumqayıtda dəm qazından ölən ailənin FOTOSU

7 Mart 2018 09:50

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailə dəm qazının qurbanı olub. Rəsmi məlumata əsasən, Sumqayıt şəhərində yaşayan 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

İdman salonunda AĞLASIĞMAZ OLAY - Hamamda qadınların lüt şəkillərini çəkib... - FOTOLAR

7 Mart 2018 09:49

Paltardəyişmə otağında və hamamda qadınların lüt şəkillərini çəkib sevgilisinə yollayan qadın saxlanılıb. Hadisə Çinin Şenyanq şəhərində idman salonlarından birində baş verib. Adı açıqlanmayan qadın idman salonunun paltardəyişmə otağında və hamamda digər qadınların çılpaq şəkillərini gizlicə çəkərkən yaxalanıb. Onun hiyləsini məşqə gələn qadınlardan biri ifşa edib.

Putin reklama çəkildi - VİDEO

7 Mart 2018 09:47

Futbol üzrə dünya çempionatına 100 gün qalmış Rusiya prezidenti Vladimir Putin reklama çəkilib. Videorolikdə ölkə başçısı Kremldə həmkarı ilə top oynayır və sonda topu başı ilə vurur. Reklamda eyni zamanda çempionatda iştirak edəcək 32 ölkə iştirakçıları da yer alır. 

6 tonluq peyk fəzaya buraxıldı

7 Mart 2018 09:43

İlon Maska məxsus olan "SpaceX" şirkəti 6 ton çəkidə peyki fəzaya buraxıb. İspaniyanın "Hispasat 30W-6" rabitə peyki bu gün ABŞ-ın Kanaveral kosmodromundan "Falcon 9" raket daşıyıcısı vasitəsilə göndərilib.

ABŞ-ın Türkiyədəki səfirliyi bu gün açılacaq

7 Mart 2018 09:42

ABŞ-ın Türkiyədəki səfirliyi iki günlük fasilədən sonra bu gün fəaliyyətini bərpa edəcək. Bu barədə ABŞ səfirliyinin sözçüsü David Gainer bildirib. O, təhlükəsizliyi yüksək səviyyədə təmin etdiyi üçün türk polisə minnətdarlığını bildirib.

İlham Əliyev ailəsi ilə bayramı belə qeyd etdi - FOTOLAR

7 Mart 2018 09:41

Prezident İlham Əliyev ailəsi ilə birgə Od çərşənbəsini qeyd edib.  Leyla Əliyeva öz səhifəsində bununla bağlı fotolar paylaşıb.

"9-cu sinif şagirdinə 6 nəfər birdən təcavüz etdi" - DƏHŞƏTLİ FAKTLAR

7 Mart 2018 09:34

Əsəd rejimi ilə idarə olunan həbsxanalarda yaşanan vəhşiliyi danışan qadınlar dünya mediasının marağına səbəb olub. Həbsxanada saxlanılan məktəbli qıza 6 nəfər birdən təcavüz edib.  Suriyada Bəşər Əsəd rejiminin həbsxanalarında qanunsuz olaraq saxlanılan, işgəncə görən və təcavüzə məruz qalan qadınlar gördüklərini jurnalistlərə danışıb. Rejimin nəzarətindəki həbsxanalarda qanunsuz şəkildə, heç bir mühakimə olunmadan 7900 nəfər qadın saxlanılır.

Ərdoğan İlham Əliyevə başsağlığı verdi

7 Mart 2018 09:32

Martın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Prezident Rəcəb Tayyib Ərdoğan Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və həyatlarını itirənlərin ailə üzvlərinə başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.

Rusiya təyyarəsi qəzaya uğradı – 39 ölü (YENİLƏNDİ)

6 Mart 2018 21:47

Təyyarədə 33 sərnişin və ekipajın 6 üzvü olub. Onların hamısı ölüb. Hələ həlak olanlar haqqında dəqiqləşdirilmiş məlumatlar yoxdur.