Rusiya təyyarəsi qəzaya uğradı – 39 ölü (YENİLƏNDİ)
Təyyarədə 33 sərnişin və ekipajın 6 üzvü olub. Onların hamısı ölüb. Hələ həlak olanlar haqqında dəqiqləşdirilmiş məlumatlar yoxdur.
6 Mart 2018 21:47 DünyaTəyyarədə 33 sərnişin və ekipajın 6 üzvü olub.
Onların hamısı ölüb.
Hələ həlak olanlar haqqında dəqiqləşdirilmiş məlumatlar yoxdur.
****
Suriyada Rusiyaya məxsus An-26 nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Bu haqda Rusiya Müdafiə Nazirliliyindən bildiriblər.
İlkin məlumatlara görə, təyyarənin içində 26 sərnişin və ekipajın altı üzvü var idi. Onların hamısı həlak olub. Qəza Xmeymim aerodromuna eniş zamanı, yerli vaxtla saat 15:00-da baş verib.
İlkin informasiyaya görə, qəzanın səbəbi texniki nasazlıq ola bilər. Təyyarəyə atəş açılmadığı bildirilir. Müdafiə Nazirliyinin komissiyası qəzanın bütün mümkün versiyalarını öyrənəcək.
Publika.az