6 tonluq peyk fəzaya buraxıldı
İlon Maska məxsus olan "SpaceX" şirkəti 6 ton çəkidə peyki fəzaya buraxıb. İspaniyanın "Hispasat 30W-6" rabitə peyki bu gün ABŞ-ın Kanaveral kosmodromundan "Falcon 9" raket daşıyıcısı vasitəsilə göndərilib.
7 Mart 2018 09:43 Dünyaİlon Maska məxsus olan "SpaceX" şirkəti 6 ton çəkidə peyki fəzaya buraxıb. İspaniyanın "Hispasat 30W-6" rabitə peyki bu gün ABŞ-ın Kanaveral kosmodromundan "Falcon 9" raket daşıyıcısı vasitəsilə göndərilib.
Məlumatda qeyd olunub ki, bu gün buraxılan peyk əslində mart ayının 4-ə nəzərdə tutulmuşdu. Texniki nasazlıq səbəbindən uçuş təxirə salınmış və nəhayət bu gün fəzaya buraxılmışdır.
Xatırladaq ki, sözügedən "Hispasat 30W-6" rabitə peyki Şimali Afrika, Şimali və Cənubi Amerika, həmçinin Afrika ölkələrinə telekommunikasiya siqnalları ötürmək imkanına malikdir.