Muzeydə şagirdlər üçün “açıq dərs” 

AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı şəhər 6 nömrəli məktəb-liseyin şagirdləri üçün açıq dərs təşkil olunub. Açıq dərsdə məktəblilərə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsi haqqında ətraflı məlumat verilib. Bundan əlavə, açıq dərsdə H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları, eləcə də muzeyin nəşrləri - “Cavidşünaslıq” araşdırmalar toplusu, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” barədə də danışılıb.

AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı şəhər 6 nömrəli məktəb-liseyin şagirdləri üçün açıq dərs təşkil olunub.

Açıq dərsdə məktəblilərə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsi haqqında ətraflı məlumat verilib. Bundan əlavə, açıq dərsdə H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları, eləcə də muzeyin nəşrləri - "Cavidşünaslıq" araşdırmalar toplusu, "Turan Cavidin ömür salnaməsi", "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" barədə də danışılıb.

Daha sonra şagirdlər muzeyin zəngin eksponatları və geniş ekspozisiyası ilə yaxından tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31