Məhkəmə AzTV sədrinin 4,5 milyon manatlıq iddiasını icraata qəbul edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri"QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri"QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Şücayət Əkbərov vəsatətlə çıxış edərək Arif Alışanovun məhkəmə baxışında iştirak etməsini istəyib. O, A. Alışanov və onun qızı Nigar Alışanova, həmçinin sürücülərinin məhkəmə iclasında iştirakının təmin edilməsinə görə prosesin təxirə salınmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Hakim bildirib ki, A. Alışanov iddia ərizəsi ilə məhkəməyə müraciət edib. A. Alışanov  4 milyon 500 min manat məbləğində dəymiş ziyanın təqsirləndirilən Şücayət Əkbərov tərəfindən ödənilməsini istəyib. Məhkəmə iddia ərizəsini icraata qəbul edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31