Bu görüş bölgənin taleyini müəyyən edəcək - TARİX AÇIQLANDI

Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçtərəfli sammit aprelin 4-də İstanbulda keçiriləcək. Bu haqda diplomatik mənbəyə istinadən “Milliyət” qəzeti bildirib.

Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçtərəfli sammit aprelin 4-də İstanbulda keçiriləcək. Bu haqda diplomatik mənbəyə istinadən "Milliyət" qəzeti bildirib.

Xatırladaq ki, Rusiya, İran və Türkiyənin liderləri - Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan 2017-ci il noyabrın 22-də Soçidə görüşüblər. Sammitdə əsas müzakirə mövzusu Suriya böhranının siyasi nizama salınması və terrorizmlə birgə mübarizə olub.

2018-ci il yanvarın 30-da Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsi bu prosesdə növbəti addım oldu. Tədbirin iştirakçıları konstitusiya şurasının yaradılması, həmçinin konstitusiya komissiyasının formalaşması haqqında qərar qəbul ediblər. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31