ABŞ Kim Çendən qardaşının qisasını alır – Yeni sanksiya

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb. Sanksiyalara səbəb Şimali Koreya liderinin qardaşı Kim Çen Namın keçən ilin fevralında Malaziyada VX zəhərindən istifadə edilərək öldürülməsi olub. Departament kimyəvi silah vasitəsilə həyata keçirilən bu qətlləri pislədiyini bildirib.

Qeyd edək ki, ötən gün Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya nümayəndələri ilə görüşdə rejimin təhlükəsizliyinin təmin ediləcəyi halda nüvə silahının təkmilləşdirilməsi proqramından imtina edilə biləcəyini deyib. Bu xəbərə ABŞ dərhal reaksiya verib və Prezident Tramp bunu müsbət addım kimi dəyərləndirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31