“Qəbələ pilot layihəsi” davam edir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin pilot layihəsi çərçivəsində Qəbələ rayonu Heydər Əliyev Mərkəzinin rayonun siyasi-ictimai həyatında rolunun artırılmasına yönəlmiş növbəti tədbir həyata keçirilib. Olaylar.az bildirir ki, martın 7 – də Nazirliyin, habelə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçı dəstəyi ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib.
7 Mart 2018 13:31 SosialAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin pilot layihəsi çərçivəsində Qəbələ rayonu Heydər Əliyev Mərkəzinin rayonun siyasi-ictimai həyatında rolunun artırılmasına yönəlmiş növbəti tədbir həyata keçirilib.
Olaylar.az bildirir ki, martın 7 - də Nazirliyin, habelə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçı dəstəyi ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib.
Rayonun və ümumilikdə dövlətimizin sosial-siyasi həyatında qadınların oynadıqları roldan söhbət açan Mərkəzin direktoru Asif Usubəliyev, daha sonra mövcud istiqamətdəki dövlət siyasətindən tədbir iştirakçılarına məlumat verib.
Tədbirin musiqi müşahidəsi Qəbələ rayon İncəsənət məktəbinin ansambl tərəfindən təşkil olunub.
Daha sonra Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Zərxanım Ağayeva Mərkəz tərəfindən təsis olunmuş mükafatları rayonun müxtəlif sahələrdə çalışan fəal qadınlara təqdim edilib.