Məşhur yazıçı oxucuları ilə görüşəcək
Martın 9-da, saat 17-dən 20-dək İstiqlaliyyət küçəsində yerləşən “LİBRAFF” kitab mağazasında yazıçı Varisin "Uzaqdan gələn yağış" adlı yeni romanının imza günü keçiriləcək. Olaylar.az bildirir ki, “Uzaqdan gələn yağış” romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə – kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır.
7 Mart 2018 13:21 MədəniyyətMartın 9-da, saat 17-dən 20-dək İstiqlaliyyət küçəsində yerləşən "LİBRAFF" kitab mağazasında yazıçı Varisin "Uzaqdan gələn yağış" adlı yeni romanının imza günü keçiriləcək.
Olaylar.az bildirir ki, "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır.
Kitab bu ilin yanvar ayından satışdadır və artıq kifayət qədər oxucularda maraq oyada bilən "Uzaqdan gələn yağış" kitabı "LIBRAFF" mağazasında imza günü ilə əlaqədar 20 faizlik endirimlə satışa çıxarılacaq. Kitab "TEAS Press" Nəşriyyatında nəşr olunub.
Qeyd edək ki, Azərbaycan yazıçısı Varis (Varis Yolçuyev) nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat mükafatı (2016), eləcə də Azərbaycanın "Qızıl kəlmə" ali ədəbiyyat mükafatı (2011) laureatıdır. O, "New York Writer`s Annual International Conterence" sertifikatına (ABŞ), Antuan de Sent Ekzüperi (Fransa) və Slavyan Ədəbiyyat Festivalı - Adam Mitskeviç (Polşa) diplomlarına layiq görülüb. Yazıçı 2017-ci ildə "Promotion of Creative Writinq in the USA" layihəsinə üzv seçilib. 2018-ci il London mükafatının nominantıdır. Varisin yaradıcılığında Şərq və Qərb xətləri qabarıq görünür. Onun "Sonuncu ölən ümidlərdir", "Sənə inanıram", "Son məktub" kimi sentimental trillerləri Azərbaycan, Türkiyə və Özbəkistan kimi Şərq ölkələrində populyardırsa, "Metamorfoz", "Yanvarın 13 günü", "Yetmiş yeddinci gün"kimi psixoloji-fəlsəfi dramları da ABŞ, Rusiya, Bolqarıstan kimi Qərb ölkələrində sevilərək oxunur.