Mobil Dünya Konqresi keçirilib

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” şirkətinin rəhbərliyi İspaniyanın Barselona şəhərində keçirilmiş GSMA Mobil Dünya Konqresində (GSMA WorldMobileCongress) iştirak edib.

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" şirkətinin rəhbərliyi İspaniyanın Barselona şəhərində keçirilmiş GSMA Mobil Dünya Konqresində (GSMA WorldMobileCongress) iştirak edib. Şirkətdən "OLAYLAR"-a bildirilib ki, "AzerTelecom" MMC-nin Baş icraçı direktoru Fuad Allahverdiyevin rəhbərliketdiyi nümayəndə heyətinin Mobil Dünya Konqresində iştirak etməsində məqsəd informasiya və kommunikasiya texnologiyaları sahəsində ən müasir trendlər, çağdaş texnoloji yeniliklərlə tanış olmaq, iri telekommunikasiya şirkətlərinin rəhbərləri və nümayəndələri ilə işgüzar görüşlər keçirmək olub. Keçirilmiş görüşlərdə internet texnologiyaları, rəqəmsallaşma, IoT (İnternet of Things-Əşyaların interneti), M2M (Machine-to-Machine- Maşınlararası əlaqə), Fintech (Maliyyə texnologiyaları)kimi mövzular müzakirə edilib, xarici tərəfdaşlarla əlaqələriningenişləndirilməsi və birgə fəaliyyət perspektivləribarəsində faydalı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31