İnsanların yuxusuna haram qatan “gecə drelləri”

Ölkədə tikintisi tam başa çatmamış çoxmərtəbəli yaşayış binalarının istismara verilməsi sənədləşmə işləri ilə yanaşı, bir sıra əlavə problemlər də yaratmış olur. Məlum olduğu kimi hazırda tikinti şirkətlərinin böyük əksəriyyəti mənzillərin təmir işlərini başa çatdırmadan vətəndaşlara satırlar.

Binalarda təmir işləri günün hansı saatlarında aparıla bilər?

Ölkədə tikintisi tam başa çatmamış çoxmərtəbəli yaşayış binalarının istismara verilməsi sənədləşmə işləri ilə yanaşı, bir sıra əlavə problemlər də yaratmış olur. Məlum olduğu kimi hazırda tikinti şirkətlərinin böyük əksəriyyəti mənzillərin təmir işlərini başa çatdırmadan vətəndaşlara satırlar. Ev sahibləri isə öz zövqlərinə uyğun təmir işləri aparmaq məcburiyyətində qalırlar. Onu da qeyd edək ki, yeni binalardakı mənzillərə müştərilərin kifayət qədər olmaması bu prosesin illərlə uzanması ilə nəticələnir. Təmir işlərinin aylarla, bəzən isə illərlə uzanması sözün əsil mənasında mənzil sahiblərinin baş ağrısına çevrilir. İstirahət günləri, gecə saatlarında aparılan təmir işləri vətəndaşların istrahət hüququnu əlindən almış olur. Üstəlik təmir zamanı giriş və pilləkənlərin zibilliyə çevrilməsini heç cür anlamaq olmur. Bəs, sözügedən məsələ qanunvericilikdə necə tənzimlənir, təmir işləri günün hansı saatlarında aparılmalıdır? Mütəxəssislər hesab edirlər ki, daim ətraf mühitin "səs basqısı"na məruz qalan insanın psixologiyası pozulmaqla yanaşı, digər fizioloji problemləri də yarana bilər. Elə bu səbəbdən də qonşularından şikayət edənlərin, hətta məhkəmə çəkişməsinə qədər gedənlərin sayı artıb. Belə ki, qonşuluqda gedən təmir işləri istər-istəməz narahatlığa səbəb olur. Bu səs-küy axşam çağlarında - saat 18:00-dan sonra yaranarsa, vəziyyət daha da dözümsüz olur.
Məlumat üçün qeyd edək ki, qonşuluqdakı evin daxili təmiri, tikintisi, dizaynın dəyişilməsini qanunvericilik yasaq etmir. Lakin qanunvericiliyə görə, müəyyən vaxtdan sonra bu kimi işlərin aparılması qonşuları narahat edirsə, o halda narahat olan qonşunun şikayəti üzrə səlahiyyətli orqan həmin şəxsləri cərimə edə bilər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində "Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması" adlı maddə var. Bu maddədə qeyd edilib ki, "Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər saat 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir". Hüquqşünas Anar Ramazanov qeyd edib ki, Mülki Məcəlləyə görə, "qonşu təsirinə dözmək" deyilən hüquqi maddə var: "Yəni hər bir qonşu qonşuluqda olan ərazidən, binadan, mənzildən gələn səs-küy, toz və bu kimi müəyyən hallara dözməlidir. Daha dəqiq desək, qonşuluq hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170-ci maddəsi ilə tənzimlənir.Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsi və digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin təsirini öz sahəsinə qadağan edə bilməz. Belə hallar ciddi narahatlıq deyilsə və yaxud müvəqqəti xarakter daşıyırsa, qonşunun təsirinə dözmək vəzifəsi var. Əgər narahatlıq qonşunun əhəmiyyətli dərəcədə hüququnu pozursa, ona maddi və mənəvi zərər vurursa, qonşu məhkəmə qaydasında dəyən zərəri tələb etmək hüququna malikdir. Ümumi olaraq qanunvericiliyə görə, evində təmir işləri apara bilərsən, səs-küy də sala bilərsən, amma bunu günorta saatlarında etmək şərtilə".
Məlum olduğu kimi, bir sıra hallarda yeni binalara köçəndə, təmir işləri aparanda mal və material qalıqları giriş qapılarında və hətta liftlərdə qalaqlanaraq qalır. Bu isə ətraf ərazini çirkləndirməklə yanaşı, sakinlərin narahatçılığına səbəb olur. Bəs, yaşadığı binanın ümumi əmlakından (lift, pilləkənlər, zirzəmi,dam örtüyü və.s) düzgün istifadə etməyən və onu natəmiz saxlayan sakinlər qanunvericiliklə hansı formada məsuliyyətə cəlb olunurlar? Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-cü maddəsinə əsasən, yaşayış sahələrində ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə- fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.Yaşayış sahələrinin istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və ya) yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün istifadəyə görə, əgər bu, şəxslərin hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına real təhlükə yaradırsa -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.Yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Bununla yanaşı, Mənzil Məcəlləsinin 29-cu maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31