Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov “Müqəddəs Sergiy Radonejski Nişanı” ilə təltif edilib. “OLAYLAR” xəbər verir ki, Ə. Rəhimov Moskva vilayətinin sosial-iqtisadi inkişafında xidmətlərinə, ictimai və xeyriyyə sahələrində fəaliyyətinə görə bu təltifə layiq görülüb. Moskva vilayətinin Domodedovo şəhərində ötən ilin sosial-iqtisadi yekunlarına dair keçirilən yığıncaqda vilayətin qubernatorunun müavini Natalya Virtuozova “Müqəddəs Sergiy Radonejski Nişanı”nı həmyerlimizə təqdim edib.
7 Mart 2018 14:05 SosialMoskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov "Müqəddəs Sergiy Radonejski Nişanı" ilə təltif edilib. "OLAYLAR" xəbər verir ki, Ə. Rəhimov Moskva vilayətinin sosial-iqtisadi inkişafında xidmətlərinə, ictimai və xeyriyyə sahələrində fəaliyyətinə görə bu təltifə layiq görülüb. Moskva vilayətinin Domodedovo şəhərində ötən ilin sosial-iqtisadi yekunlarına dair keçirilən yığıncaqda vilayətin qubernatorunun müavini Natalya Virtuozova "Müqəddəs Sergiy Radonejski Nişanı"nı həmyerlimizə təqdim edib.
Tədbirdə Domodedovo şəhər dairəsinin başçısı Aleksandr Dvoynıx, Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov, "Yedinaya Rossiya" Partiyasının Moskva vilayətindəki nümayəndəsi Dmitri Qorodetski iştirak ediblər.
Belə bir mükafata layiq görülməsini əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Ə. Rəhimov Moskva vilayətində Azərbaycan diasporunun fəaliyyətindən danışıb. Bildirib ki, azərbaycanlılar vilayətin sosial-iqtisadi həyatında yaxından iştirak edirlər.