Vaqif Əsədov qadınlardan danışdı: "Güzgüyə baxmaq, bəzənmək..."

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında qadın sürücülərdən danışıb. 

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında qadın sürücülərdən danışıb. O, bildirib ki, qadınlar kişilərə nisbətən qaydaları daha az pozur: "Ümumilikdə respublikada 1 milyon 400 minədək nəqliyyat vasitəsi var. Onlardan da təxminən 50 mini qadın sürücüdür. Kişi sürücülərə nisbətən qadınlarımız daha az qayda pozur. Xanımlarımızın özünəməxsus xüsusiyyətləri var. Məsələn, kişilərdən fərqli olaraq onlar təhlükəsizlik kəmərlərini taxır, bu qaydaya riayət edirlər. Lakin onlar bəzən daim güzgüyə baxmaq, bəzənməklə idarəetmədən diqqəti yayındırırlar". Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31