Cəllabad sakinini çəkiclə qətlə yetirən yaxalanıb

Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 2-də Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirov yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Martın 5-də S.Nəsirovun üzərində zorakılıq əlamətləri olan meyiti Ləkin kəndinin otlaq sahəsində tapılıb.

Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 2-də Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirov yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Martın 5-də S.Nəsirovun üzərində zorakılıq əlamətləri olan meyiti Ləkin kəndinin otlaq sahəsində tapılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cəlilabad Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu münaqişə zəminində çəkiclə qətlə yetirməkdə şübhəli bilinən Musalı kənd sakini Seymur Məmmədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31