Əmək Nazirliyində dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Fulbrayt proqramının mütəxəssisi, ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Pediatriya kafedrasının professoru, Uşaq və İnsan İnkişafı Mərkəzinin təlim üzrə direktoru xanım Tobi Lonqun iştirakı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv mühitin, o cümlədən inklüziv təhsilin inkişafı məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.
7 Mart 2018 15:22 SosialAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Fulbrayt proqramının mütəxəssisi, ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Pediatriya kafedrasının professoru, Uşaq və İnsan İnkişafı Mərkəzinin təlim üzrə direktoru xanım Tobi Lonqun iştirakı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv mühitin, o cümlədən inklüziv təhsilin inkişafı məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə ölkəmizdə əliliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai həyatın bütün sahələrində digər vətəndaşlarla bərabər imkanlara malik olmaları üçün iqtisadi, sosial və hüquqi dövlət təminatları sisteminin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Xanım T.Lonq Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyası, onların cəmiyyətdəki digər uşaqlar kimi xidmətlərə əlçatanlığının təmin edilməsi sahəsində görülən məqsədyönlü işlərin təqdirəlayiq olduğunu vurğulayıb.
Görüşdə qeyd olunan uşaqların reabilitasiyası, onların imkanlarına uyğun təhsil almalarına şəraitin yaradılması, uşaqlarda əlillik və inkişafdan geri qalma hallarını mümkün qədər erkən dövrlərdə aşkar etmək və bu halların aradan qaldırılması üçün erkən müdaxilənin əhəmiyyəti, uşaqlarla bağlı fiziki və peşə terapiyası, bu sahələrdə qabaqcıl dünya təcrübəsi və s. ilə bağlı fikir mübadilələri aparılıb.