Ermənistanın işğal altında olan ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti
Ermənistan bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata çəkməyə, bununla cəbhədə vəziyyəti gərginləşdirməyə, nəticə etibarilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa çalışır. Düşmənin müntəzəm olaraq təmas xəttində təxribatlara yol verməsi, işğal altında olan rayonlarda keçirilən hərbi təlimlər, Qarabağa qeyri-qanuni səfərlər, eləcə də ərazilərimizdə apardıqları qeyri-qanuni məskunlaşma və tikinti işləri, bütün bunlar məhz İrəvanın təxribat planlarının tərkib hissəsidir.
7 Mart 2018 15:20 SiyasətVə beynəlxalq aləmin buna biganə münasibəti
Ermənistan bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata çəkməyə, bununla cəbhədə vəziyyəti gərginləşdirməyə, nəticə etibarilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa çalışır. Düşmənin müntəzəm olaraq təmas xəttində təxribatlara yol verməsi, işğal altında olan rayonlarda keçirilən hərbi təlimlər, Qarabağa qeyri-qanuni səfərlər, eləcə də ərazilərimizdə apardıqları qeyri-qanuni məskunlaşma və tikinti işləri, bütün bunlar məhz İrəvanın təxribat planlarının tərkib hissəsidir. Görünən odur ki, Ermənistan bu il ərzində də ənənəvi təxribat əməllərindən əl çəkməyəcək. Hər halda erməni işğalı altında olan Azərbaycan ərazilərində 2018-ci il ərzində həyata keçirəcəkləri qeyri-qanuni məskunlaşma və tikinti-quruculuq işlərinin planının açıqlanması deyilənləri bir daha təsdiqləyir. Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatdan aydın olur ki, İrəvan işğal olunmuş Azərbaycan ərazilərində tikinti və məskunlaşma siyasətini bu il daha da genişləndirməyi planlaşdırıb. Belə ki. 2018-ci il ərzində işğal olunmuş ərazilərdə 6 su elektirik stansiyasının tikintisi, balıqçılıq təsərrüfatının yaradılması, turizm və digər iaşə obyektlərinin tikintisi üçün 100 milyon dollar vəsaitin ayrılacağı nəzərdə tutulub. Erməni mediasının yadığına görə, bundan başqa Ağdərə rayonun Sərsəng-Madagiz bölgəsində əsasən balıqçılıq təsərrüfatı və hidroelektrik stansiya və turizm obyektlərinin tikintisi nəzərdə tutulub.
Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində qeyri-qanuni məksunılaşma və tikinti-quruculuq işləri aparması ekspertlər tərəfindən də İrəvanın qəti şəkildə danışqlar prosesini pozması, problemin diplomatik yolla həllinə əngəl yaratması kimi xarakterizə edilir. Elə Cəınubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O, bildirib ki, rəsmi Yerevanın işğal altında olan Azərbaycan ərazilərində həyata keçirdiyi bu siyasət Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqları sürəcinə zərbə vurmaq və müsbət irəlləyişə mane olmaqdan xəbər verir: "Göründüyü kimi işğalçı ölkənin bu davranışları bütövlükdə diplomatik danışıqları fiaskoya uğradır. Rəsmi Bakı Ermənistanın məskunlaşma və tikinti siyasəti ilə bağlı ATƏT-in Minsk qrupu həmsədr ölkələrini məlumatlandırmalı və təzyiq siyasətinə keçməlidir". Politoloq onu da qeyd edib ki, vəziyyət belə davam edəcəyi təqdirdə Azərbaycan ilk növbədə birtərəfli olaraq danışıqları dayandırmalı, işğalçıya hərbi təzyiqlərə başlamalıdır: "Ermənistan rəhbərliyinin hazırkı siyasəti heç də danışıqların müsbət irəliləməsinə zəmin yaratmır. Düşünürəm ki, yenidən işğalçı ölkəyə güc tətbiqinə başlanmalıdır". Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistan hakimiyyətində struktur islahatlarının həyata keçirilməsi və parlament respublikasının yaradılması Sərkisyan rejiminə Qarabağ danışıqlarında güzəştə getməmək və yekdil qərarla status-kvonu qorumağa əlavə siyasi divident verəcək.
Müstəqil ekspert Rövşən Məmmədli də hesab edir ki, Ermənistanın işğal altında olan ərazilərdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasəti və tikinti-quruculuq prosesi danışıqları prosesini pozmağa hesablanıb. O, bildirib ki, işğalçi Ermənistan Qarabağı özünə bağlayan magistral yollar çəkir və bunların sayını ildən ilə artırır: "Dağlıq Qarabağdan kənarda olan bölgələrdə də sürətlə məskunlaşırlar. Həmin bölgələrdə olan yerüstü və yeraltı sərvətləri talan edir, həmin yerlərin Azərbaycan xalqına məxsus olmasını təsdiqləyən bütün mədəniyyət nümunələrini məhv edirlər. Məlumata görə, ermənilər işğal altında saxladıqları Dağlıq Qarabağ torpaqlarında qanunsuz tikinti işlərini davam etdirir. Ermənistan mediasının yaydığı məlumata görə, Qarabağdakı yerli separatçı rejimin və "Kaşataq" fondunun maliyyə yardımı ilə Qubadlının Xanlıq kəndində 50 yaşayış evinin tikintisi gedir. Paralel olaraq, Həkəri çayı üzərində körpünün tikilməsi, 10 hektar sahədə meyvə bağlarının salınması, həmçinin, donuz və quş fermalarının inşası nəzərdə tutulur. Bütün bunların fonunda, Ermənistanın bu qanunsuz və həyasız siyasətinin qarşısını almaq üçün beynəlxalq aləm heç bir tədbir görmür. Sanki Azərbaycan dövlətini bu işğalla barışdırmağa cəhd təsiri bağışlanır. Görünür, Azərbaycanda önəmli pillələrində Kremlin 5-ci kalonu kök salıb və bu kalon nə Azərbaycan dövlətinə, nə də Azərbaycanın vətənpərvər qüvvələrinə imkan vermir ki, tarixi və qanuni torpaqlarımızı erməni faşizminin işğalından, tapdağından azad edək. Hesab edirəm hakimiyyət daxilində vətəninə, xalqına sadiq olan hər bir vəzifəli şəxs, imkanı daxilində bu 5-ci kalonun müqavimətini qırıb Qarabağın azadlığı üçün hər şeyə. canından belə keçməyə hazır olan xalqımızın dəstəyi ilə torpaqlarımızı gecikmədən Nijdeh təfəkkürlü erməni daşnak faşizmindən azad etməliyik.. Əks təqdirdə alçaq və hiyləgər erməni qüvvələri Qarabağı əlimizdən çıxarmaq üçün daha da çirkin oyunlara gedəcək və bu zaman onların qarşısını almaq çox gec olacaq. Gün yox. an belə itirmədən Azərbaycan ordusu öz vəzifəsini yerinə yetirməyə başlamalı və Dağlıq Qarabağı və ətrafındakı bölgələrimizi yenidən ana vətənə qaytarmalıdır".
S.İsmayılbəyli