Gündəm

Saakaşvili: "Tiflis Poroşenkoya yalvarırdı ki..."

7 Mart 2018 16:30

Gürcüstan hökuməti Ukrayna Prezidenti Pyotr Poroşenkodan Tiflisə qaytarılmamağımı istəyib. Bunu “Meduza” saytına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

Azərbaycanda daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı

7 Mart 2018 16:23

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha 3 nəfərin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb. Məlumata görə, iclasda namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə və namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Politoloq: "Sanksiyalar Ermənistanda narahatlıq yaradıb”

7 Mart 2018 16:19

“ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanda narahatlıq yaradıb”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

“Eurovision 2018” təmsilçimizin klipi təqdim olundu - VİDEO

7 Mart 2018 16:12

Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan Aysel Məmmədova (Aisel) “X my heart” mahnısına çəkilən klipi nəhayət ki, təqdim olunub.

Trampın qərarına etiraz edən müşaviri istefa verdi

7 Mart 2018 16:10

ABŞ prezidenti Donald Trampın iqtisadiyyat üzrə baş müşaviri Hari Kon istefa etdiyini açıqlayıb. Müşavir Trampın polad və alüminiumun idxalı üçün rüsum tətbiq edəcəyini bildirəndən sonra vəzifəsindən getməyi qərara alıb: “Ölkəmə xidmət etmək və xüsusilə, tarixi vergi islahatı kimi amerikalılara töhfə verən iqtisadi artıma imkan yaradan iqtisadi siyasəti həyata keçirməkdən məmnun oldum. Prezident Trampa bu şansı mənə verdiyi üçün minnətdaram”. 

Üç ölkə OPEK-ə üzv olmaq üçün ərizə verib

7 Mart 2018 16:08

Konqo, Çad və Malayziya Neft İxrac Edən Ölkələr Birliyinə (OPEK) daxil olmaq üçün ərizə veriblər.  Bu barədə Ekvatorial Qvineyanın dağ-mədən və karbohidrogenlər sənayesi naziri Qabriel Mbeqa Obianq Lima məlumat verib.  “Afrikada bunda maraqlı olan Konqo, Çad kimi potensial istehsalçı ölkələr var. Əlbəttə indi istehsalla məşğul deyillər, lakin inkişaf edirlər. Yekun nəticədə gündəlik 3-4 min barrel neft istehsalı səviyyəsinə çata biləcəklər”. 

Müxalifətin mitinqinə icazə verildi

7 Mart 2018 16:07

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 10-da mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb. BŞİH aksiyanın martın 10-da keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

“ABŞ həyasızcasına bizi aldatdı, Kiyevdə çevriliş etdi” - Putin

7 Mart 2018 16:05

“ABŞ indiki Ukrayna hökumətini dəstəkləməyə məcburdur. Çünki ABŞ faktiki olaraq öz əlləri ilə 2014-cü ildə Ukraynada dövlət çevrilişi həyata keçirdi və “özlərini küncə sıxışdırdılar””.

Yaponiya israrlıdır: “Pxenyana təzyiqləri davam etdirəcəyik”

7 Mart 2018 15:55

Yaponiya Şimali Koreyaya təzyiqlərini davam etdirəcək. Bunu jurnalistlərə açıqlamasında Yaponiya hökumətinin baş katibi Yosixide Suqa söyləyib. Onun sözlərinə görə, bu təzyiqlər Pxenyanın nüvə və raket proqramından tam imtinasına yönəlib: “Şimali Koreya ilə əvvəlki dialoqlarımız regionun nüvəsizləşdirilməsinə gətirib çıxarmayıb. Pxenyanla bağlı siyasətimizdə heç bir dəyişiklik yoxdur”.

Putindən Krım etirafı: "Bizi qəsdən bu vəziyyətə saldılar"

7 Mart 2018 15:47

Moskvanı bilərəkdən indiki duruma salıblar. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Dünya nizamı 2018” filmində Krımın anneksiyası və Qərb sanksiyalarını şərh edərkən söyləyib. “Mənə hərdən elə gəlir ki, bunun müəyyən əsası var. Kimsə zamanında necə hərəkət edəcəyimizi bilərək, qəsdən bizi bu vəziyyətə gətirib. Çox az şəxs gözləyirdi ki, biz belə sürətli və qəti şəkildə hərəkət edəcəyik”, – deyə o bildirib.

""Milli Şura" rəhbərliyi mitinqdə bir neçə nəfərin ölməsi üçün çalışır..."

7 Mart 2018 15:45

"Balıq Hafka" deyir ki, Əlişka Kərimli və Milli Şuradakılar özləri təxribat törətməyi planlaşdırırlar. Onun fikrincə, provokasiya olacağını bəyan etmələri də baş verəcək hər hansı bir təxribata don geyindirmək cəhdidir, mitinqdə bir neçə nəfərin ölməsi üçün çalışırlar.

Türkiyədə Baş nazir postu ləğv ediləcək

7 Mart 2018 15:42

Türkiyənin prezident respublikasına keçməsi ilə 2019-cu ildə Baş nazir postu ləğv ediləcək. Bundan başqa, Türkiyə parlamentində deputatların sayı 550-dən 600-dək artırılacaq. Türkiyə mətbuatı parlamentdə yeni komissiyanın yaradılacağını da yazır.

DMX: "Avropaya miqrant kanalı təşkil etmək istəyən 10-a yaxın dəstə aşkar olunub"

7 Mart 2018 15:40

2015-ci ildən qeyri-ieqal yollarla Avropaya miqrant kanalı təşkil etmək istəyən 10-a yaxın dəstə aşkar olunaraq, qarşısı alınıb. Bunu Bakıda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tomsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

Xanım jurnalistlər  mükafatlandırıldı

7 Mart 2018 15:40

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım jurnalistlər arasında "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Kirpi suda batmır - Və insanın təəccübünə səbəb olan digər 34 maraqlı fakt

7 Mart 2018 15:37

Dünyada insanların təəccübünə səbəb olan bəzi maraqlı gerçəklər var. Azadinform onlardan bir neçəsini təqdim edir: