Kirpi suda batmır - Və insanın təəccübünə səbəb olan digər 34 maraqlı fakt

Dünyada insanların təəccübünə səbəb olan bəzi maraqlı gerçəklər var. Azadinform onlardan bir neçəsini təqdim edir:

Dünyada insanların təəccübünə səbəb olan bəzi maraqlı gerçəklər var. Onlardan bir neçəsini təqdim edirik:

- Bal xarab olmayan yeganə qidadır. 

- Yarım kg  bal  hazırlanması üçün arılar 2 milyondan artıq çiçəyin əsasını toplamaq məcburiyyətindədirlər.

- Bir kilo limonda bir kilo çiyələkdən daha çox şəkər var.

- İnsan ildə ən az 1460 ədəd yuxu görür.

- Xiyarın tərkibinin 96 faizi sudur.

- Buqələmunların dili bədənlərindən iki qat uzundur. 

- Göytürklər turşuyan qatığın turşuluğunu azaltmaq üçün üzərinə su töküblər. Beləliklə özləri də bilmədən ayranı kəşf ediblər.

- Liftdə güzgü qoyulmasının əsas səbəbi qapılar açılarkən kabinənin yerində olduğunu görməkdir.

- Dünyada 4300-ə yaxın fərqli din var.

- Qiymətli daşların çoxu bir neçə elementin birləşməsindən meydana gəlir, yalnız brilyant tamamilə karbondan əmələ gəlir.

- "Santa Klaus"un paltarı əslində yaşıl rəngdədir. Ancaq bir kola markası onu qırmızı-ağ olaraq dünyaya tanıdıb.

- Alma, soğan və kartofun dadı eynidir. Yalnızca qoxuları fərqlidir. Əslində hamısı şirindir.

- Dünyanın ən sürətli böyüyən bitkisi bambuk ağacıdır. Ağac gündə 90 santimetr uzanır.

- Dünyada ən çox satılan telefon "Nokia" markasının 2003-cü ildə satışa çıxardığı, 250 milyon ədəd satılan "Nokia 1100"dır.

- İnsanın saçı üç kilo ağırlıq qaldıra biləcək gücdədir.

- Ölüm anında toxunma və görmə hissindən sonra eşitmə bacarığı itirilir. Ürək dayandıqdan sonra insan beyni 2 dəqiqə boyunca səslər qəbul edilə bilir.

- İnsanlar yuxuladığı zaman qoxu ala bilmirlər.

- Yuxusuzluq şikayəti ilə həkimə müraciət edən insanların IQ səviyyəsinin normadan yüksək olduğu müşahidə edilir.

- İnsan həyatı boyu orta hesabla 22 kq dəri itirir. 

- Səudiyyə Ərəbistanda bir qadın həyat yoldaşına qəhvə düzəltməzsə, bu boşanma səbəbidir.

- Qarışqalar heç yatmazlar.

- Niaqara şəlaləsindən düşüb sağ qala bilən ilk insan Bobbi Liç evdə portağal qabığına basaraq yıxılıb və daxili qanaxma səbəbi ilə dünyasını dəyişib.

- Dəniz atı dünyanın ən sədaqətli canlısıdır. Çünki həyat yoldaşı öldükdən qısa bir müddət sonra o da ölür.

- Ördəyin səsi əks-səda vermir.

- Ən böyük quş yumurtası dəvəquşunundur. Yumurta 15-20 santimetr uzunluğunda və ortalama 1,7 kiloqram ağırlığındadır. Qaynadılaraq bişirilməsi isə 40 dəqiqə çəkir.

- Delfinlər gözləri acıq yatırlar.  

- Ən ağıllı canlılardan biri olan qarğalar, insanlar kimi yaşlı valideynlərini illər sonra gedib ziyarət edirlər. 

- Heyvanlar aləmində təkcə donuzlar günəşdən yana bilir.

- Dəniz atları erkəkləri hamilə olan yeganə canlı qrupudur.

- Aslanlar bir gündə 50 dəfə sevişə bilirlər.

- Kirpi suda batmır.

- Ağcaqanadlar əllərini ovuşdurub başlarından keçirmə hərəkətini, uçarkən əllərinə yapışan molekulları təmizləmək məqsədi ilə edirlər.

- Sarışınların əsmərlərlə müqayisədə daha çox saçları var. 

- Bir kişi orta hesabla həyatının 3350 saatını üz qırxmağa sərf edir.

- İsti su soyuq sudan daha ağırdır.

Azadinform .az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31