Yaponiya israrlıdır: “Pxenyana təzyiqləri davam etdirəcəyik”
Yaponiya Şimali Koreyaya təzyiqlərini davam etdirəcək. Bunu jurnalistlərə açıqlamasında Yaponiya hökumətinin baş katibi Yosixide Suqa söyləyib. Onun sözlərinə görə, bu təzyiqlər Pxenyanın nüvə və raket proqramından tam imtinasına yönəlib: “Şimali Koreya ilə əvvəlki dialoqlarımız regionun nüvəsizləşdirilməsinə gətirib çıxarmayıb. Pxenyanla bağlı siyasətimizdə heç bir dəyişiklik yoxdur”.
7 Mart 2018 15:55 DünyaYaponiya Şimali Koreyaya təzyiqlərini davam etdirəcək. Bunu jurnalistlərə açıqlamasında Yaponiya hökumətinin baş katibi Yosixide Suqa söyləyib. Onun sözlərinə görə, bu təzyiqlər Pxenyanın nüvə və raket proqramından tam imtinasına yönəlib: "Şimali Koreya ilə əvvəlki dialoqlarımız regionun nüvəsizləşdirilməsinə gətirib çıxarmayıb. Pxenyanla bağlı siyasətimizdə heç bir dəyişiklik yoxdur".
Qeyd edək ki, bundan öncə Şimali Koreya ölkədəki rejimin təhlükəsizliyinin təminatı qarşılığında nüvə silahından imtina etməyə və ABŞ-la danışıqlara başlamağa hazır olduğunu bildirmişdi. Axar.az