Gündəm

Tarix İnstitutu: “Ermənilər Şimali Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüb”

7 Mart 2018 17:15

Martın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Tarix İnstitutundan verilən məlumata görə, Elmi Şurada “Türkmənçay müqaviləsi və ermənilərin  Şimali Azərbaycan torpaqlarına köçürülməsi” məsələsi müzakirə edilib.

Alpinistlərin axtarışları dayanıb?

7 Mart 2018 17:10

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.

Putin ABŞ-ın birinci ledisini necə aldadıb...

7 Mart 2018 17:06

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın həyat yoldaşı ilə aralarında baş verən dialoqu xatırlayıb.  “Dünya nizamı 2018” adlanan sənədli filmdə danışan Putin 2017-ci ildə Hambuqra G20 sammiti zamanı Melaniya Trampa yalan danışdığını da etiraf edib. 

"Hazırda minə yaxın milli standartımız var"

7 Mart 2018 17:05

Hazırda standart fondumuzda təxminən 20 mindən çox standart mövcuddur. Bunun böyük əksəriyyəti dövlət standartlarıdır. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında deyib.

AXCP-“Milli Şura”- “REAL” qarşıdurmasına start verildi MİTİNQ QOVĞASI

7 Mart 2018 17:03

AXCP-“Milli Şura” cütlüyünün mitinqləri ətrafında qalmaqallar get-gedə böyüməkdədir. Belə ki, “REAL” hərəkatının mitinqlə bağlı rədd cavabı verilər-verilməz Əli Kərimlinin social şəbəkədə yerləşdirdiyi trolları açıq təhqirlərə və söyüşlərə start verərək, “realçıları” ən ağır şəkildə təhqir edirlər. Çünki bu, onların, daha dəqiq desək Ə.Kərimlinin ən axrıncı vasitələridir ki, ona dəstək göstərməyənlərdən məhz bu yolla qisas alır.

Ermənistanın İrana qarşı ərazi iddiaları var

7 Mart 2018 16:54

Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməsi artıq əndazəsini aşıb. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İrana qarşı da ərazi iddiaları irəli sürmüşdü. Dünyada siyasi mənzərə dəyişdikcə Ermənistan da öz məkrli siyasətində dəyişiklik edir.

AzTU-da Startap Günləri keçiriləcək

7 Mart 2018 16:47

Aprelin 6-7-də Azərbaycan Texniki Universitetində (AzTU) Startap Azərbaycanla birgə Startap Günləri təşkil olunacaq.  “OLAYLAR” xəbər verir ki, Startap günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir. 

Rektor xanım müəllimləri təltif edib

7 Mart 2018 16:46

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakı Mühəndislik Universitetində bayram tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor Havar Məmmədov və universitetin müəllim tələbə heyəti iştirak edib. Universitetin rektoru, professor Havar Məmmədov çıxışında bildirib ki, bəşəriyyətin ən istedadlı, zəngin mədəniyyətə malik xalqlarından olan Azərbaycan xalqı şanlı mübarizə yolu keçərək, bu gün dünyada misilsiz nailiyyətləri ilə tanınır, gündən-günə nüfuzu artır. Nailiyyətlərin əldə edilməsində Azərbaycanqadınının böyük rolu var.

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktor müavini Azərbaycana gəlib

7 Mart 2018 16:45

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tomsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, Laura Tomson ölkəmizə səfəri çərçivəsində Dövlət Miqrasiya Xidmətində olub.

Ən yaxşı təqdimat müəyyənləşəcək

7 Mart 2018 16:45

Paytaxtda məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsinə start verilib. “OLAYLAR” xəbər verir ki, təhsil nazirinin əmrinə əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

Xaçmazda istehlakçı hüquqlarına dair konfrans keçirilib

7 Mart 2018 16:43

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə martın 7-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində istehlakçı hüquqlarına dair Konfrans keçirilib.

İmişli rayonunda iki yem emalı müəssisəsi istifadəyə verilib

7 Mart 2018 16:42

 İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yem emalı müəssisələri fəaliyyətə başlayıb. “Olaylar” xəbər verir ki, bununla əlaqədar İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə nazir müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.

Xəzər rayonunda corab istehsalı müəssisəsi yaradılır

7 Mart 2018 16:40

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Nazirlikdən “Olaylar”a bildirilib ki, martın 7-də bu istiqamətdə növbəti tədbir - Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirilib.

Nazirlik: "Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkələr arasında yer alır"

7 Mart 2018 16:33

“Xarici turistləri ilk növbədə maraqlandıran suallardan biri də səfər etdikləri yerlərdə onların təhlükəsizliyinin nə dərəcədə təmin olunmasıdır. Turizmin inkişafı üçün başlıca amillərdən biri ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsidir. Bu, ölkənin böyük turizm potensialından da əhəmiyyətli nüansdır”.