Gündəm

Qrodno Universitetinin nümayəndələri AzTU-da olub

7 Mart 2018 17:57

Belarusun Yan Kupal adına Qrodno Dövlət Universitetinin prorektorları Yuri Eduardoviç və Dmitri Fedoroviç Azərbaycan Texniki Universitetində (AzTU) olublar. “OLAYLAR” xəbər verir ki, qnaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanla Belarus arasında sürətlə inkişaf edən elmi əlaqələrə diqqət çəkib. Xalıq Yahudov bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda digər sahələrdə olduğu kimi elm sahəsində də yeni dövr başlandı.

Balotelli: "Alveş başsağlığı verib keçməli idi"

7 Mart 2018 17:55

"Nitsa" klubunun hücumçusu Mario Balotelli PSG-nin müdafiəçisi Dani Alveşi tənqid edib. Mario braziliyalının Davide Astorinin vəfatı ilə bağlı açıqlamasından xoşlanmayıb. "Onun dedikləri yanlış deyildi.

Keçmiş xanımından Səmədin iddialarına cavab: "Yanıb-tökülürəm ki, bu qədər..."

7 Mart 2018 17:53

"Çox pisəm, neçə illərdir xəstəyəm. Yanıb-tökülürəm ki, bu qədər yalan olarmı? Sən, xalq artistisən, o uşağın ruhuna görə hər şeyi keçərdin". Bu sözləri xalq artisti Səməd Səmədovun keçmiş həyat yoldaşı Zərifə xanım "Hər şey daxil" verilişində deyib. S.Səmədovun və keçmiş qonşusunun onun haqqında dediyi "Məni və oğlunu atıb cavan oğlanla qaçdı.

27 yaşlı futbolçu karyerasını BİTİRDİ

7 Mart 2018 17:44

“Leiçester Siti” komandasının İngiltərə Premyer Liqasının çempionu olmasında böyük pay sahibi olan futbolçu Riyad Maxrez professional karyerasına son qoyub.  27 yaşlı futbolçu bu barədə feysbuk hesabından açıqlama verib. O, bu qərarı həkimləri ilə məsləhətləşdikdən sonra qəbul etdiyini yazıb. Ancaq onun digər sosial media hesablarında bu məsələ barədə hər hansı yazı getməyib. Xəbərin təkcə feysbuk hesabından verilməsi futbolçunun şəxsi hesabına müdaxilə olunması şübhələrini ortaya qoyub. Diqqətçəkən məqam isə paylaşımın hələ də olduğu kimi qalmasıdır.

Sürüşmə ərazisində çatlar BÖYÜDÜ

7 Mart 2018 17:39

Bu gün yağışın yağması bəzi sürüşmə ərazilərində aktivliyə səbəb olub.  Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov açıqlamasında bu haqda məlumat verib:  ""Zəli gölü” adlanan ərazidə yağışların yağması ilə sürüşmə prosesində aktivlik müşahidə edilib. Təbii və texnogen amillərin də bu sürüşmə prosesinin sürətlənməsinə təsiri var. Adıçəkilən sürüşmə ərazisi vulkana daha yaxındır. Keyrəki vulkan məhsullarının zamanla püskürərək qurunt suları tərkibinə daxil olması və yağışların təsirindən islanaraq axıcı hala gəlməsi də bu prosesin baş verməsinə səbəb olub”.

Dünyanın ən varlı insanının varidatı tarixdə ilk dəfə 100 milyard dolları keçdi

7 Mart 2018 17:37

“Forbes” jurnalının hər il tərtib etdiyi dünyanın ən varlı insanları siyahısına “Amazon” kompaniyasının rəhbəri Ceff Bezos başçılıq edir. TASS xəbər verir ki, reytinq siyahısı martın 6-da nəşrin saytında dərc olunub.

Xırdalanda şadlıq sarayından musiqi avadanlığı oğurlandı

7 Mart 2018 17:35

Abşeron rayonunda şadlıq sarayından oğurluq olub. Hadisə rayonun Xırdalan şəhərində yerləşən “Səmayə” şadlıq sarayında qeydə alınıb. Şadlıq sarayından İlqar Cəfərova məxsus dəyəri 3500 manat olan musiqi avadanlıqları və səsgücləndiricilər oğurlanıb.

Narkoloji Dispanserin keçmiş baş həkimi məhkəmə zalında həbs edilib

7 Mart 2018 17:33

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda ittiham olunan keçmiş baş həkimi Hüseyn Həsənov və Mətanət Şamçıyevanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

BMT baş katibi: "Gender bərabərsizliyi və ayrı-seçkilik hamımız üçün zərərlidir"

7 Mart 2018 17:32

“Gender bərabərliyinin əldə olunması, qız və qadınlara səlahiyyətlər verilməsi dövrümüzün hələ başa çatdırılmamış vəzifəsidir və bu gün dünyada insan haqları sahəsində ən böyük problemdir”. Bunu BMT baş katibi Antonio Qutyerres 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə qadınlara müraciətində deyib.

Kriptovalyuta bazarı dəyişir - Bitkoin ucuzlaşır

7 Mart 2018 17:30

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti bugünkü hərrac zamanı ucuzlaşıb. Məlumata görə, bitkoinin qiyməti 5,19% ucuzlaşaraq 10,762 min dollar təşkil edib. Alternativ kriptovalyutalar - "Ethereum" 4,82% və ya 808,9 dollaradək, "Ripple" 4,64% (0,919 dollara qədər), "Bitcoin Cash" isə 4,13% (1,201 min dollaradək) bahalaşıb.

Əmək Nazirliyində bayram tədbiri

7 Mart 2018 17:28

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 8 Mart-Beynəlxalq Qadınlar günü ilə əlaqədar nazirlikdə çalışan qadınların iştirakı ilə tədbir keçirilib.

Azərbaycanlı tələbələr üçüncü oldu

7 Mart 2018 17:23

Bakı Mühəndislik Universiteti tələbələrinin iştirak etdiyi “CFA Research Challenge” müsabiqəsinin Moskva lokal turuna yekun vurulub. “OLAYLAR” xəbər verir ki, 2002-ci ildən etibarən təşkil olunan yarış, hər il komanda şəklində 75-dən çox ölkədə 1000-dən artıq universitetin və 10 minlərlə tələbənin iştirakı ilə, tələbələrin maliyyə analizi bacarıqlarının inkişaf etdirilməsi və nümayişi üçün keçirilir.

Azərbaycan şəhidlərinin övladlarının Türkiyəyə səfəri təşkil edilir

7 Mart 2018 17:23

Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi “Azərbaycan və Türkiyənin şəhid uşaqları qucaqlaşır” adlı layihəyə start verib. “OLAYLAR” xəbər verir ki, Türkiyə hökumətinin Tanıtım Fondunun dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində 40 azərbaycanlı şəhid övladı Türkiyəyə səfər edəcək.

Zərdabın içməli su təchizatı yaxşılaşdırılır

7 Mart 2018 17:22

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Zərdab rayonlarında həyata keçirilən layihələr uğurla yekunlaşıb.

AMEA Naxçıvan Bölməsində 8 mart- Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

7 Mart 2018 17:20

AMEA Naxçıvan Bölməsində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan qadınlarının tarixi xidmətlərindən, bu gün qadınların cəmiyyətdəki rolundan ətraflı bəhs edib. Bildirib ki, Azərbaycan qadını müstəqillik əldə etdikdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib.