Azərbaycanlı tələbələr üçüncü oldu
Bakı Mühəndislik Universiteti tələbələrinin iştirak etdiyi “CFA Research Challenge” müsabiqəsinin Moskva lokal turuna yekun vurulub. “OLAYLAR” xəbər verir ki, 2002-ci ildən etibarən təşkil olunan yarış, hər il komanda şəklində 75-dən çox ölkədə 1000-dən artıq universitetin və 10 minlərlə tələbənin iştirakı ilə, tələbələrin maliyyə analizi bacarıqlarının inkişaf etdirilməsi və nümayişi üçün keçirilir.
7 Mart 2018 17:23 SosialBakı Mühəndislik Universiteti tələbələrinin iştirak etdiyi "CFA Research Challenge" müsabiqəsinin Moskva lokal turuna yekun vurulub. "OLAYLAR" xəbər verir ki, 2002-ci ildən etibarən təşkil olunan yarış, hər il komanda şəklində 75-dən çox ölkədə 1000-dən artıq universitetin və 10 minlərlə tələbənin iştirakı ilə, tələbələrin maliyyə analizi bacarıqlarının inkişaf etdirilməsi və nümayişi üçün keçirilir. Yarışma ardıcıl olaraq 3 səviyyədə - CFA İnstitutuna üzv olan yerli cəmiyyətlərin təşkilatçılığı ilə lokal, CFA İnstitutunun bilavasitə ev sahibliyi ilə regional və qlobal səviyyədə keçirilir. Yarışmada iştirakçılardan hər hansı bir yerli (lokal) şirkətin dolğun maliyyə analizini aparmaq və analizin nəticələrinə uyğun hesabat və təqdimat hazırlamaq tələb olunur.
"CFA Association Russia" cəmiyyətinin həyata keçirdiyi Rusiya, Azərbaycan və Belarusiya universitetlərinin iştirakrı ilə keçirilən turnirdə iştirak edən komandamız "Detsky Mir" şirkətinin maliyyə analizi və CFA standartlarına uyğun hesabatını hazırlamış və lokal turnirin final mərhələsinə qədər irəliləyən 6 komandadan biri olub. Komandamız keçirilən finalda uğurla çıxış etmiş və üçüncü yeri tutub.