Qrodno Universitetinin nümayəndələri AzTU-da olub

Belarusun Yan Kupal adına Qrodno Dövlət Universitetinin prorektorları Yuri Eduardoviç və Dmitri Fedoroviç Azərbaycan Texniki Universitetində (AzTU) olublar. “OLAYLAR” xəbər verir ki, qnaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanla Belarus arasında sürətlə inkişaf edən elmi əlaqələrə diqqət çəkib. Xalıq Yahudov bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda digər sahələrdə olduğu kimi elm sahəsində də yeni dövr başlandı.

Belarusun Yan Kupal adına Qrodno Dövlət Universitetinin prorektorları Yuri Eduardoviç və Dmitri Fedoroviç Azərbaycan Texniki Universitetində (AzTU) olublar. "OLAYLAR" xəbər verir ki, qnaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanla Belarus arasında sürətlə inkişaf edən elmi əlaqələrə diqqət çəkib. Xalıq Yahudov bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda digər sahələrdə olduğu kimi elm sahəsində də yeni dövr başlandı. Yeni ictimai-iqtisadi tələblərə uyğun olaraq təhsil sistemində fundamental dəyişikliklər baş verməyə başladığını deyən rektor əvəzi, Prezident İlham Əliyevin təhsilin və elmin inkişafına xüsusi qayğı ilə yanaşdığını qeyd edib. Xalıq Yahudov vurğulayıb ki, son illər ölkələrimiz arasındakı iqtisadi əlaqələrin elm və təhsil sahəsinə, xüsusi ilə texniki ali təhsil sahəsinə sirayət etməsi əməkdaşlıq üçün geniş imkanlar yaradıb.

Öz növbəsində qonaqlar bildiriblər ki, Qrodno Dövlət Universiteti ilə AzTU arasında geniş və uzunmüddətli əməkdaşlıq mexanizmi reallaşa bilər. Qeyd olunub ki, ölkələrimiz arasındakı əlaqələr, həmçinin iki universitetin bir neçə fakültəsinin, eləcə də ixtisasların uyğunluğu səmərəli əməkdaşlığa zəmin yaradır.

Görüşdə hər iki universitetdə tədris olunan ixtisaslarla bağlı, o cümlədən İT, Telekommunikasiya və Maşınqayırma sahəsində birgə əməkdaşlığın mümkün şərtləri müzakirə olunub.

Daha sonra qonaqlar AzTU-nun Heydər Əliyev Mərkəzində olublar. Burada universitetin rektor əvəzi qonaqları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərlə tanış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31