Gündəm
Prezident İlham Əliyev Bakı şəhərətrafı dəmir yolu xəttinin inkişafına yüz milyon manat ayırdı
Prezident İlham Əliyev Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev FHN və DSX əməkdaşlarının maaşlarını artırdı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Aşıq Samirə ərindən ikinci dəfə ayrıldı
Tanınmış aşıq Samirə Əliyeva “Show time” verilişində qonaq olub. Sənətçi xoşbəxtliyindən, şəxsi həyatından danışıb: “Əvvəllər elə bilirdim ki, xoşbəxtlik hər zaman olur. İllər öncə deyirdim ki, artıq mən xoşbəxtəm. Amma elə xoşbəxt anlar olur ki, insanın ömründə, yaddaşında iz buraxır. Bu gün xoşbəxtliyim çoxdur, amma tam deyil. Bu da arada bir mənə sıxıntı, acı verir.
İnsan səsini təqlid edən süni intellekt təqdim olunub
Maşın təlimi əsasında işləyən “Deep Voice” adlı texnologiya 800 saatdan çox davam edən və təxminən 2400 müxtəlif səsdən ibarət səsli yazı üzərində "məşq etdirilib". Neyron şəbəkəsinin səmərəli işləməsi üçün təxminən 100 ədəd 5 saniyəlik səs siqnalı lazımdır, bu halda sözügedən texnologiya 10 ədəd 5 saniyəlik səs siqnalından sonra səsin tanınması sistemlərini aldada bilər.
Rusiya prezidentliyinə namizəd Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışıb
"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilməlidir. Bu münaqişənin başqa həll variantı yoxdur". Bunu açıqlamasında Rusiya prezidentliyinə Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin deyib.
Vaqner: "Almaniyanın ən yaxşı hücumçusuyam"
"Bayern Münhen"in hücumçusu Sandro Vaqner 2018-ci il dünya çempionatında iştirak etmək istəyir. 30 yaşlı forvard Bundestimin baş məşqçisi Yoahim Lövdən dəvət alacağına ümidlidir. "Diqqətimi öz oyunuma cəmləşdirmişəm. Başqalarının nə etməsinin mənə fərqi yoxdur. Son illər səylə çalışmışam və qollar vurmuşam.
Putinin seçki kampaniyasına xərclədiyi maliyyə vəsaitinin həcmi açıqlandı
Rusiya prezidenti Vladimir Putinin seçki fondu seçkiqabağı kampaniyaya 347 milyon rubl (61 milyon 31 min 18 dollar, yaxud 10 milyon 375 min 300 manat) xərcləyib. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Lənkəranda fermada 22 ədəd top mərmisi tapılıb
Lənkəranda keçmiş hərbi hissə ərazisindən 22 ədəd 125 mm-lik top mərmisi aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Lənkəran rayonu, Liman şəhəri, Səməd Vurğun küçəsində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Həcc məsələləri üzrə departament rəhbərinin avtomibili partladılıb - Ölənlər var
Əfqanıstanın Cəlalabad şəhərində avtomobilin partladılması nəticəsində iki nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb. Məlumata görə, naməlum şəxslər Nanqarhar əyalətinin Həcc məsələləri üzrə departamentinin rəhbərinin avtomibilini partladıb.
Kasemirodan parlaq oyun, PSJ-dən mövsümün anti-rekordu
Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən PSJ - "Real" matçında (1:2) futbolçuların fərdi statistikası açıqlanıb. Meydanda ən faydalı iş görən futbolçu qonaqların yarımmüdafiəçisi Karlos Kasemiro olub. Braziliyalı havbek 11 dəfə rəqibdən top alıb, onun 95% ötürməsi dəqiq olub. "Real"ın heyətində rəqibdən ən çox top alan Daniel Karvaxal olub - 16 dəfə. Onun ötürmə dəqiqliyi 73% təşkil edir. İspaniyalı müdafiəçi Di Maria ilə 4, Kilian Mbappe ilə 3 mübarizədən qalib ayrılıb.
İsa Qəmbərin sağlıq durumu kritikdir
Müsavatın keçmiş başqanı İsa Qəmbərin sağlamlıq durumunda müalicəsi qeyri-mümkün olan problemlər aşkarlanıb. Bunu "Amerikanın Səsi" radiosu da təsdiq edib.
Dünyasını dəyişən müğənninin ölmədən öncəki son səsli mesajı üzə çıxdı - VİDEO
Müğənni və menecer Yaşar Qaqanın müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi barədə məlumat vermişdik. Yaşarın Kibariyəyə səsli mesaj yolladığı, məşhur həmkarına klip sözü verdiyi ortaya çıxıb.
Bu ölkədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
Şri-Lanka hökuməti ölkədə davam edən zorakılıq dalğası ilə əlaqədar sosial şəbəkələrə, xüsusilə də "Facebook", "Instagram" şəbəkələrinə və "WhatsApp" messencerinə girişi məhdudlaşdırıb. Bu qərar "nifrət dolu çıxışların" qarşısının alınması üçün atılıb.
UNICEF: "2030-cu ilədək daha çox uşağın həyat şəraiti pisləşə bilər"
650 milyon uşaq Dayanıqlı İnkişaf Məqsədlərinin DİM) ən azı üçdə ikisinin sürətləndirilmiş inkişafdan uzaq qalmış ölkələrdə yaşayır. UNICEF-in Azərbaycandakı nümayəndəliyindən verilən xəbərə görə, bu barədə UNICEF-in yeni bir qlobal hesabatında bildirilir. Hesabatda xəbərdarlıq edilir ki, həmin ölkələrdə 2030-cu ilədək indiki ilə müqayisədə daha çox uşaq pis həyat şəraiti ilə üzləşə bilər.
Regionlarda qız övladlarının dəyəri təbliğ olunur
Regionlarda “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlər davam edir. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki, layihə Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı həyata keçirilir. “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc kişilər və gələcək ataların iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.













