İsa Qəmbərin sağlıq durumu kritikdir

Müsavatın keçmiş başqanı İsa Qəmbərin sağlamlıq durumunda müalicəsi qeyri-mümkün olan problemlər aşkarlanıb. Bunu "Amerikanın Səsi" radiosu da təsdiq edib.

"Hacəttəpə" klinikasının həkiminin dediyinə görə, Müsavat başqanının sağlamlıq durumu son dərəcə kritikdir

Müsavatın keçmiş başqanı İsa Qəmbərin sağlamlıq durumunda müalicəsi qeyri-mümkün olan problemlər aşkarlanıb. Bunu "Amerikanın Səsi" radiosu da təsdiq edib.

Məsələni dəqiqləşdirmək üçün İsa Qəmbərin müalicə olunduğu "Hacəttəpə" xəstəxanası ilə telefon əlaqəsi saxladıq. Özünü xəstəxananın həkimi kimi təqdim edən Metin Yavuz adlı şəxs yayılan məlumatı təsdiq edərək, İ.Qəmbərin sağlamlıq durumunda ciddi problemlərin olduğunu bildirdi. Qeyd etdi ki, xəstə nevrologiya bölümündə "pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan" müalicə olunur. Həkim əlavə etdi ki, "Xəstədə tənəffüs sıxıntısı, nəfəs darlığı oldu. Pnevmoniyası ağırlaşmasın deyə, reanimasiyaya alındı. Amma reanimasiyada elə bir sıxıntı yaşamadığımız üçün təkrar palataya aldıq. İ.Qəmbərin başının sağ yarımkürəsində şiş və ürəyinin qapaqlarında daralma da aşkarlanıb. Onun sağlamlıq durumunda yaranan problemlərin aradan qaldırılması çətin görünür. Yaxınlarına da bu barədə məlumat verilib. Hazırda İsa bəyin yaxınları məsləhətləşmələr aparırlar. Ola bilsin ki, İsa bəy klinkadan çıxarılsın". Sia.az

"İsa Qəmbərin Bakıda müalicəsinin stasionar şəkildə davam etdirilməsi hansı zərurətlə bağlıdır" sualına Hacettepe Universiteti xəstəxanasının nevrologiya bölümündəki mənbə deyib: "Yoluxduğu infeksiya ilə bağlı qəbul etdiyi antibiotik dərmanları damardan aldığı üçün İsa Qəmbərin müalicəsinin evdə izlənməsi çətin ola bilər deyə xəstəxana şəraitində müalicəsinin davam etdirilməsi uyğun görülüb. Azərbaycana getdikdən bir ay sonra təkrar kontrol müayinəsi aparılacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31