Regionlarda qız övladlarının dəyəri təbliğ olunur

Regionlarda “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi”  layihəsi çərçivəsində təlimlər davam edir. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki, layihə Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı həyata keçirilir.  “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc kişilər və gələcək ataların iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.

Regionlarda "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi"  layihəsi çərçivəsində təlimlər davam edir. "OLAYLAR" GİN-ə istinadən xəbər verir ki, layihə Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı həyata keçirilir. 
"Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" layihəsinin məqsədi gənc kişilər və gələcək ataların iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.

Layihə çərçivəsində Sabirabad, Biləsuvar, Bərdə, Mingəçevir və Göyçay rayonlarını əhatə etməklə "Multiplayer"lər tərəfindən hər rayonda 2 gün təlim keçiriləcək. Təlimlərdə multiplayerlər "Gözləntilərin müəyyən olunması", "Zorakılıq və ayrı seçkilik", "Gender rollarını araşdırmaq", "Ailədəki iş bölgüsü", "Qız uşaqlarının əhəmiyyəti" kimi mövzulardan danışacaqlar. Daha sonra iştirakçılar mövzu ətrafında qrup işlərində iştirak edərək öz fikirlərini bölüşəcəklər. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31