Gündəm

İranda güclü zəlzələ

7 Mart 2018 21:20

Xanımlar kitab üçün həmrəy oldular

7 Mart 2018 21:18

Qadınlar əsrlər boyu bütün ədiblərin yaradıcılığında ən çox vəsf edilən varlıq olub. Onlara nə şeirlər, nə dastanlar yazılıb ! Amma qadın o qədər gözəl, o qədər nəcib, o qədər sirli, o qədər ağıllı bir varlıqdır ki, onun bütün ruhunu, düşüncələrini tam ifadə etməyə bir ömür belə yetməz. Üstəlik bütün bunlara təhsil, uğur da əlavə edildikdə qadın artıq kamillik zirvəsinə yüksəlir. Əbəs yerə demirlər ki, təhsilli qadın savadlı ailənin və cəmiyyətin əsasıdır!

Lənkəranda fermada 22 ədəd top mərmisi tapıldı - FOTO

7 Mart 2018 21:09

Lənkəranda keçmiş hərbi hissə ərazisindən 22 ədəd 125 mm-lik top mərmisi aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Lənkəran rayonu, Liman şəhəri, Səməd Vurğun küçəsində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Daha bir nəşr ABŞ-ın dəhşətli planını İFŞA ETDİ - Hər şey YENİDƏN BAŞLAYIR

7 Mart 2018 21:06

İŞİD terror qruplaşması genişmiqyaslı hücum üçün İraqla sərhədin yaxınlığında böyük gücləri toplayır. Bu haqda “Al-Masdar News” nəşri yazıb. Nəşrin mənbələrinin məlumatına görə, çox güman ki, terrorçular Fərat və Xabur çayları boyu yerləşən əsas rayonları öz nəzarəti altına qaytarmağa çalışacaqlar. Sözügedən bölgədə kifayət qədər böyük şəhərlər, həmçinin bir sıra neft yataqları var.

“WeChat” messencerinin auditoriyası 1 milyardı ötüb

7 Mart 2018 19:40

“WeChat” messencerinin auditoriyası qlobal miqyasda 1 milyard istifadəçini ötüb. Bu barədə messencerin məxsus olduğu “Tencent” şirkətinin məlumatında bildirilərək ayda bu sayda insanın servisdən istifadə etdiyi qeyd olunur.

Eynşteynin yazdığı məktub 103 min dollara satıldı

7 Mart 2018 19:40

Enşteynin nisbilik nəzəriyyəsindən bəhs edən məktubu "Winner" hərracında 103 min dollara satılıb. Məlumata görə, məktub Eynşteynin elmi karyerasının ən maraqlı və həyəcanlı dövründə yazılıb. 1928-ci ildə Berlindən göndərilən məktub, nisbilik nəzəriyyəsinə həsr edilib və riyaziyyatçı Herman Münzə ünvanlanıb.

Mənəviyyatdan, dəyərdən bəhs edənlərin mənəviyyatsızlığı

7 Mart 2018 19:33

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  sədri Əli Kərimlinin illər uzunu eyni düşərgədən olan rəqiblərini bütün mümkün vasitələrdən istifadə edərək ləkələmək, bununla da sıradan çıxarmaq kimi qurduğu oyunlar indi bumeranq effekti verərək onun özünə sarı qayıdır. Söhbət Əli Kərimlinin oğlu Türkel Kərimlinin Londonda ali təhsil almaq adı altında çıxdığı min bir oyunlardan gedir. Hansı ki,  Türkel Kərimlinin etdiyi hərəkətlər atasının durmadan çığır-bağır saldığı, mənəviyyat, mədəniyyət, etika deyib durduğu mədəniyyətsizlik, mənəviyyatsızlıq və etikadan kənar hərəkətlərindən gedir.

Aya 10 kilo arıqlamaq istəyənlər üçün - Hazırlanması asan olan QARIŞIM!

7 Mart 2018 19:30

Qarın bölgəsindəki yağlar, artıq çəki bir çoxlarının problemidir. Ona görə əksər insanlar müxtəlif pəhrizlərdən istifadə edirlər. Bir aya 10 kq arıqladan mötşəm pəhriz üsulunu təqdim edirik.

“Google” şirkəti 72 kubitlik kvant kompüteri yaratmağa müvəffəq olub

7 Mart 2018 19:20

“Google” şirkətində işləyən alimlər qrupu tərəfindən yaradılmış kvant prosessorunda ikiölçülü massivə birləşdirilmiş 72 yüksək keçirici kubitdən istifadə edilir. Bu haqda şirkətin bloqunda məlumat verilib.

"Heç nə edə bilmədik" - Unai Emeri

7 Mart 2018 19:14

"Real" bizdən daha yaxşı oynadı. Daha çox hücum etmək istəyirdik, amma birinci qol və qırmızı vərəqə şanslarımızı azaltdı. Rəqib növbəti mərhələyə keçməyə layiqdir". Bu sözləri PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real"a 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları matçdan sonra deyib.

“Loihi” süni intellekt çipinin inkişafı üçün açıq cəmiyyət yaradılıb

7 Mart 2018 19:10

“Intel” şirkəti süni intellektdən istifadə edən sistemlər üçün nəzərdə tutulan “Loihi” çipinin inkişafı məqsədilə açıq cəmiyyət yaradıb.  

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib

7 Mart 2018 19:02

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu təsdiq edib.

Yol polisi qadın sürücüləri təbrik edəcək

7 Mart 2018 19:00

Hər il olduğu kimi bu il də Bakı Şəhər Dövlət Yol Polisi qadın sürücüləri, eləcə də yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəcək.

"Mançester Yunayted" fransalı futbolçu ilə maraqlanır

7 Mart 2018 18:56

"Mançester Yunayted" yarımmüdafiə xəttini gücləndirib. "Qırmızı şeytanlar" "Vatford" klubunun şərəfini qoruyan Abdulaye Dukure ilə maraqlanır.

Ürəyi xəstə olan insanlar evində pişik saxlasın - Alimlərdən tövsiyə

7 Mart 2018 18:55

Pişiklər qədim zamanlarda mistik heyvan hesab olunurdu, onlara hətta sitayiş edirdilər. Müasir tibb pişikləri ən faydalı ev heyvanı hesab edir və onların insan orqanizmə olan müalicəvi təsirini təsdiq edir. Rus alimlərinin son araşdırması növbəti dəfə pişiklərin "terapevtik effekti"ni sübut edib. Volqoqrad Dövlət Universiteti alimləri araşdırma zamanı aşkar ediblər ki, pişiklər insanların arterial təzyiqini və ürək ritmini tənzimləyir. Bunun sirri isə pişiklərin mırıltısındadır.